02.04.2014 [15:31] - Gündəm, Türk dünyası-Turan
Qırğızıstanın Xarici İşlər Nazirliyi Azərbaycanın bu ölkədəki səfirliyinə təşəkkür notası ünvanlayıb.Notada böyük qırğız yazıçısı Çingiz Aytmatovun 85 illik yubileyinin Azərbaycan Respublikasında təntənəli şəkildə keçirilməsi ilə bağlı Azərbaycan tərəfinə dərin təşəkkürünü çatdırıb.
Nazirlik Azərbaycan yazıçısı Anarın Qırğızıstanda yaradıcılıq gecəsinin dövlət səviyyəsində təşkili və keçirilməsində qırğız tərəfinə fəal yardım etdiyi üçün səfirliyə minnətdarlığını bildirib.
Bununla əlaqədar olaraq nazirlik məmnunluqla qeyd edib ki, belə tədbirlər ümumi tarixə, oxşar mədəniyyət və ənənələrə, dini və mənəvi dəyərlərə malik olan, həmçinin türk əcdadlarımızın vahid dilində danışan Qırğızıstan və Azərbaycan xalqları arasında mədəni-humanitar əlaqələrin və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət edir.

Bu xəbər oxucular tərəfindən 706 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |