Şrift:
İlk hesab dərsliyimiz
05.04.2014 [11:47] - Gündəm, Mədəniyyət, DAVAMın yazıları
Tiflisdə Azərbaycan dilində nəşr olunan "Ziyayi-Qafqasiyyə" qəzetinin 4 mart 1884-cü il tarixli 2.ci nömrəsində maraqlı bir xəbər diqqətimi cəlb etdi.Qəzetin birinci səhifəsində yerləşdirilən kiçik bir redaksiya yazısında oxuculara Tiflisdə Azərbaycan dilində hesab dərsliyi çap olunması xəbər verilirdi:

"Risaleyi-hesabiyyə
İlk hesab dərsliyimiz

İlk hesab dərsliyimiz

İlk hesab dərsliyimiz

İlk hesab dərsliyimiz


Məzkur isimdə tazə hesab kitabı (fərqləndirmə mənimdir-N.N) "Kəşkül" mətbəəsi təb bə nəşr eləmişdir ki, bir nüsxəsini biz dəxi almışıq.Xeyli xəvanə (oxunaqlı-N.N.) xətt ilə basılmışdır (çap olunmuşdur-N.N.). İbarəs (dili-N.N.)dəxi sadə, açıq türkcədir. "Risaleyi-hesabiyyə" müsəman məktəblərində(Türkdilli məktəblərdə-N.N.) şagirdlərə hesab elmini ögrətmək üçün yazılmışdır. Müqəddəmat hesabiyyə ilə bir xeyli məsələləri və qaidələri ögrədir.Qiyməti məktəblər üçün biri otuz qəpikdəndir.Məzkur "Kəşkül" qəzetəsinin xidmətindən təşəkkür eləməlidir. ("Kəşkülə tənşəkkür olunmalıdır-N.N.)".


Bu xəbərin işığı ilə axtarışlar arardım,Təhsil Nazirliyinin kollegiya iclasında mənə verilmiş imkandan istifadə.edərək bu barədə iclasdakılara məlumat verdim,Türkiyə və Azərbaycan mətbuainda məqalələrlə çıxış etdim.Təhsil Nazirliyinin "Kurikulum" elmi-metodik jurnalındakı ( "Kurikulum" jurnalı. 2010,N3.səh. 36-41) məqaləmə görə tanıdığım bə tanımadığım müəllimlərdən onlarla təşəkkür məktubu aldım.Təəsüf ki, İlk hesab kitabımız ilə rəsmi dairələrdə maraqlanan olmadı.

Bu il ilk "Hesab "kitabımızın 140 yaşı tamam olur.
Rusya vətəndaşları görkəmli rus riyaziyyatçısı L.F.Maqnitskinin 1703-cü ildə çap olunmuş "ARİFMETİKA" (Hesab) kitabınn yubileyini keçirmişlər. Gəlin biz də öz "Hesab" kitabımızın 140 yaşını keçirək,dərsliyin müəllifi Cəlal Ünsizadənin maarifçilik xidmətlərini yüksək qiymətləndirək.

Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının əməkdar müəllimi,
Avropa Azərbaycan Məktəbinin müəllimi,
Respublika Prezidentinin Sərəncamı ilə keçirilən ƏN YAXŞI MÜƏLLİM müsabiqəsinin qalibi,
TQDK-nın Azərbaycan dili fənni üzrə eksperti.

05.04.2014.
Bu xəbər oxucular tərəfindən 1415 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed