Şrift:
Qondarma erməni soyqırımı layihəsi ABŞ senatında
07.04.2014 [09:38] - Gündəm, Siyasət
1915-ci ildə törədildiyi iddia edilən qondarma erməni soyqırımını dəstəkləyən qanun layihəsi ABŞ senatına təqdim edilib.Layihə ABŞ-da erməni lobbisini dəstəkləyən demokrat senator Robert Menendez və respublikaçı senator Mark Kirk təqdim edib.

Qətnamədə 1915-ci ildə törədildiyi iddia edilən “erməni soyqırımı”nın tanınması tələb olunur.

Senatın Xarici İşlər Komitəsinə təqdim edilən qanun layihəsində deyilir:

“ABŞ senatı erməni soyqırımı ilə bağlı həqiqətlərin Türkiyə Respublikası tərəfindən tam şəkildə tanınması istiqamətində ədalətli, konstruktiv, sabit şəkildə çalışmalıdır”.

Qeyd edək ki, qanun layihəsi senatda səsverməyə çıxarılacaq. Layihə qəbul edildiyi təqdirdə ABŞ senatının Baş Assambleyasında müzakirəyə çıxarıla bilər.
Bu xəbər oxucular tərəfindən 961 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed