Şrift:
NATO Rusiyaya qarşı sərt qərar verdi!
07.04.2014 [11:50] - Gündəm, Siyasət
NATO Parlament Assambleyası (PA) Rusiya ilə bütün əlaqələri dayandırmaq haqqında qərar qəbul edib.
Bu açıqlama ilə NATO PA-nın Prezidenti Qyu Beyli çıxış edib. O, Rusiya ilə əlaqələrin Krımın işğalı ilə əlaqədar olduğunu bildirib: “Biz Putinin Kırımı Rusiyaya birləşdirməsinə etiraz olaraq bu addımı atdıq. Bununla bağlı Parlament Assambleyasının üzvü olan 28 ölkənin hamısı səs verib. Rusiya Parlamenti Putinin addımını dəstəklədiyi üçün bu əlaqələri dayandırdıq”.
Qeyd edək ki, bir müddət öncə Qərbin Rusiyaya qarşı sanksiyaların üçüncü fazasını başlatdığı haqqında informasiyalar yayılmışdı.
Bu xəbər oxucular tərəfindən 778 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed