09.04.2014 [09:44] - Gündəm, Türk dünyası-Turan
Vinniça şəhərində Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) 2-ci Qurultayı keçirilib. Bu barədə Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) İctimai əlaqələr üzrə katibi Yuliya Mamay məlumat verib.
Ukrayna Qarapapaq Türkləri Milli Şurasının 2-ci Qurultayinda Ukraynanın Kiev və Ujqorod şəhərlərindən, Doneçk, Xarkov, Luqansk, Odessa və Nikolayev vilayətlərindən olmaqla, 37 nəfər Qurultay nümayəndəsi iştirak edib. Qurultayda Ukraynadakı kəskin ictimai-siyasi vəziyyət, Krım Muxtar Respublikasının işğal edilməsi, Rusiya xüsusi xidmət orqanlarının Cənubi-şərqi Ukraynada destablizasiyaya yönəlmiş təxribatları, Krım tatar xalqının gələcək taleyi və ölkədəki iqtisadi durum müzakirə edilib.
Qurltayda çıxış edənlər bildiriblər ki, nə olursa olsun, Krım böhranı və Ukrayna-Rusiya qarşıdurması mütləq şəkildə diplomatik yolla həll edilməlidir. Qurultayda hesabat çıxışı edən, Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) sədri Daşqın Gülməmmədov 2012-ci ildən bu yana Milli Şuranın faliyyətilə bağlı geniş məlumat verib. O, Ukraynadakı siyasi durumla bağlı məsələlərə münasibət bildirərkən vurğulayıb ki, Ukraynada yaşayan Qarapapaq türkləri hər zaman dövlətin milli suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırdırlar.
Tədbirdə UQTMŞ Rəyasət Heyətinin tərkibi təsdiq edilib. Rəyasət Heyətinin tərkibinə, Alyona Kazımova, İlkin Əliyev, Natalya Kvyat, Daşqın Gülməmmədov və Hacı Hacıyev seçiliblər. Qurultay Ukrayna dövlət himninin oxunması ilə başa çatıb.

Bu xəbər oxucular tərəfindən 877 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |