10.04.2014 [10:07] - Güney Azərbaycan xəbərləri, Siyasət
İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyə Əfxəm aprelin 9-da jurnalistlərə açıqlamasında BMT-dəki yeni daimi nümayəndənin ABŞ-a girişinə qadağa qoyulmasına və Ağ evin məsələ ilə bağlı açıqlamasına münasibət bildirib.
Mərziyə Əfxəm deyib: “ABŞ hökumətinin İranın BMT-dəki yeni nümayəndəsi Həmid Əbutalibi ilə rəftarı qəbuledilməzdir. Əbutalibi İranın ən yaxşı diplomatlarından biridir və bundan əvvəl ölkənin İtaliya, Belçika və Avstraliyadakı səfirliklərində fəaliyyət göstərib, bu sahədə iş stajı var”.
ABŞ Senatı aprelin 7-də İranın BMT-də yeni səfiri Həmid Əbutalibinin ölkəyə girişinə qadağa qoyan qanun layihəsi qəbul edib. Amerikalı senatorlar Həmid Əbutalibini terrorçuluqda, 1979-cu ildə ABŞ-ın Tehrandakı səfirliyinin işğalında əli olmaqda günahlandırır.
Layihə ABŞ Nümayəndələr Palatasından və prezidentindən keçəndən sonra qüvvəyə minə bilər.

Bu xəbər oxucular tərəfindən 651 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |