10.04.2014 [12:35] - Gündəm, Türk dünyası-Turan
Aydın Ağayev: "Azərbaycan suveren, özünün müstəqil xarici siyasəti olan və beynəlxalq birliyin layiqli üzvüdür, belə də davam edəcək"
Elman Nəsirli: "Türkiyə ilə Azərbaycan arasında konfederativ dövlət yaradılması istiqamətində reallıqda hər hansı bir işin getdiyi barədə məlumat yoxdur"
Rusiyalı politoloq Stanislav Tarasov belə bir açıqlama ilə çıxış edib ki, Azərbaycanla Türkiyə konfederativ dövlət yaratmaq istəyir. Qeyd edək ki, Türkiyə ilə Azərbaycan arasında konfederativ dövlət yaratmaq təklifi əvvəllər də irəli sürülüb. Lakin bunun reallaşması hələlik mümkünsüz sayılır.
Milli Məclisin Analitik-İnformasiya Şöbəsinin müdiri Aydın Ağayev belə bir ideyanın qeyri-ciddi söhbət olduğu qənaətindədir: "Stanislav Tarasov bizə məlum adamdır. O ermənilərə işləyib, işləyir və işləyəcək. Baxmayaraq ki, keçmiş bakılıdır. Vaxtilə Azərbaycan Dövlət Universitetinin tarix fakultəsini bitirib. Onun əsas işi gücü "Regnum" İnformasiya Agentliyində Türkiyə və Azərbaycan barədə mənfi informasiya vermək, şərh etməkdən ibarətdir. Azərbayvanda da kimlərsə, vaxtilə Türkiyə ilə konfederativ dövlətdə birləşmək ideyasını səsləndirib. Amma düşünmürəm ki, bu ciddi söhbətdir. Hər şeydən əvvəl Azərbaycan müstəqil dövlətdir. Azərbaycanın müstəqil dövlət olaraq Konstitusiyası var. Bu dövlətin mövcudluq şərtləri Konstitusiyada əks olunub. Ona görə də, Tarasovun da səsləndirdiyi belə söhbətlərə qeyri-ciddi baxır və bunu mümkün hesab etmirəm. Azərbaycan suveren, özünün müstəqil xarici siyasəti olan və beynəlxalq birliyin layiqli üzvüdür, belə də davam edəcək".
Politoloq Elman Nəsirli də həmin ideyanın hazırkı situasiyada gerçəkləşə biləcəyini real saymır: "Ara-sıra mətbuatda, müəyyən şəxslərin söhbətlərində Türkiyə ilə Azərbaycanın konfederasiyada birləşməli olduğu barədə yanaşmalar yer alır. Türkiyə ilə Azərbaycan arasında əlaqələrin mümunəvi inkişaf tempi və əməkdağlıq mühitinin olması nəzərə alınaraq bu iki dövlət arasında bəzən konfederativ dövlət ideyasını ortaya atırlar. Ona görə bu ideya yeni deyil. Hətta Azərbaycanla Gürcüstan arasında da Mixail Saakaşvili dönəmində konfederativ dövlətin yaradılması ideyası gündəmə gəlmişdi. Belə bir konfederasiyanın yaranması yalnız iki tərəfli münasibətlərin yüksək səviyyədə olmasının məntiqi təsdiqi kimi qiymətləndirilə bilər. Xüsusilə də hesab edirəm, rusiyalı politoloq Tarasov ona görə belə qənaətə gəlib ki, son zamanlar Azərbaycan Türkiyə minasibətləri yeni bir inkişaf mərhələsinə daxil olmaqdadır. Bu inkişaf mərhələsi eyni zamanda, hərbi sahədə əməkdaşlığın daha da gücləndirilməsini özündə ehtiva edir. Bu fikirləri səsləndirərkən rusiyalı politoloq yəqin bu günlərdə Türkiyə Silahlı Qüvvələr Baş Qarargah rəisinin Bakıda olması, sonra baş nazir Ərdoğanla birgə ölkənin müdafiə nazirinin də ölkəmizə gəlməsi reallıqlarını nəzərə alıb. Erməni mətbuatında da belə fikirlər səslənib ki, NATO özü Türkiyəni Azərbaycanla hərbi əməkdaşlığı gücləndirməyə vadar edir. Erməni mətbuatında belə fikirlər səslənir ki, əvvəllər bu məsələdə NATO daha çox fərqli mövqedə dayanırdısa, indi qurumla Rusiya arasında münasibətlərin son dərəcədə gərginləşməsi fonunda alyansın özünü Ankaranın Azərbaycanla əlaqələrini daha da genişləndirməkdə maraqlı tərəfə çevirir. Yəqin bu fikirlərlə də tanış olan Tarasovda belə bir düşüncə hasil olub ki, iqtisadi, siyasi, humanitar baxımdan yüksək olan əlaqələrin hərbi sahədə də yeni inkişaf mərhələsinə daxil olması artıq konfederativ dövlətin yaranması üçün münbit şəraiti təmin edir. Bu nüansları nəzərə alan həmin politoloq da görünür, belə bir fikir hasil olunub. Amma Azərbaycanla Türkiyə arasında konfederativ dövlət ideyası ara-sıra mətbuatda səslənsə də, reallıqda bu istiqamətdə hər hansı bir işin getdiyi barədə məlumat yoxdur. Bu mövqeyə uyğun tezisə Azərbaycan və Türkiyə rəhbərliyinin bəyanat, fikir və qeydlərində rast gəlmirik. Ərdoğanın Bakıya olan son səfəri zamanı da hər iki dövlət başçılarının verdiyi bəyanatlarda oxşar yanaşmanın şahidi olmadıq. Söhbət yalnız ikitərəfli münasibətlərin strateji istiqamətdə inkişafından getdi. Burada konkret olaraq konfederativ dövlət ideyası barədə bir kəlmə də olsa fikir səslənmədi. Bu əvvəllər də belə olub. Ona görə də hesab edirəm ki, həmin fikirlər daha çox Tarasovun subyektiv yanaşmasıdır. Lakin belə bir ideyanın gerçəkləşməsi Azərbaycanın ərazi bütövlüyü məsələsində son dərəcədə mühüm rol oynaya bilər. Çünki, konfederativ dövlət yarandıqda Azərbaycanın ərazi bütövlüyü məsələsi həm də Türkiyənin birbaşa həll etməli olduğu məsələyə çevrilir. Amma bu ideyanın reallaşması məsələsində ciddi maneələr, hətta NATO maneəsi var. Konfederativ dövlət olduqda Türkiyə Azərbaycan məsələsində daha konkret və çevik addımlar atmalı olacaq. Bu isə Rusiya ilə qarşıdurma mühitinin artmasına və regionda yeni təhlükə ocağının yaranmasına gətirib çıxara bilər ki, hesab edirəm NATO da buna hazır deyil. NATO-nun Ukrayna ərazisinin bir hissəsinin Moskva tərəfindən ilhaq olunması məsələsində tutduğu mövqe də onu göstərir ki, qurum müharibəyə deyil, daha çox siyasi, iqtisadi və digər yollarla təzyiq üsullarına üstünlük verir. Müharibə versiyası onun gündəliyində deyil. Son hadisələr fonunda NATO hətta Türkiyə-Azərbaycan hərbi əməkdaşlığında maraqlı olsa da, hər halda Rusiya ilə birbaşa toqquşma məsələsi və müharibə versiyası onun planlarına daxil deyil. Bu baxımdan da sözügedən konfederasiya ideyasını da real ideya olaraq təqdim etmək düzgün olmazdı".
Rüfət NADİROĞLU

Bu xəbər oxucular tərəfindən 872 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |