Şrift:
Əvəz Temirxan Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilməyib
09.12.2011 [12:50] - Gündəm
Azərbaycan Liberal Partiyasının sədri, hüquqşünas Əvəz Temirxan Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilməyib. Partiyanın bununla bağlı yaydığı bəyanatda bildirilir ki, ali təhsilli hüquqşünas Əvəz Temirxan Vəkillər Kollegiyasına üzv olmaq üçün sənədlərini Kollegiyanın Rəyasət Heyətinə təqdim edib, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının iyunun 26-da keçirdiyi test imtahanını uğurla verib. Lakin dekabrın 8-də Vəkillər Kollegiyasının İxtisas Komissiyasının keçirdiyi müsahibə zamanı Ə. Temirxanın Vəkillər Kollegiyası üzvlüyünə qəbul olunmasına müsbət rəy verilməyib.

Azərbaycan Liberal Partiyası hesab edir ki, Əvəz Temirxanın Vəkillər Kollegiyasını üzvlüyünə qəbul olunmaması onun müxalifətçi siyasi fəaliyyəti ilə bağlıdır.

Partiya Ə. Temirxanın hüquqlarının bərpa olunmasını tələb edir.
Bu xəbər oxucular tərəfindən 1609 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed