11.04.2014 [10:48] - Türk dünyası-Turan, Müsahibə
GünAz TV mətbuat mərkəzinin növbəti müsahibi, Milli Dirçəliş Hərəkatı Partiyası sədrinin ideoloji məsələlər üzrə sədr müavini, politoloq Həbib Ələkbərsoydur.
-Həbib bəy,Türkiyə hakimiyyəti ilə nurçular arasında mübarizə haqqında nə deyə bilərsiniz?
-Mən düşünmürəm ki, Türkiyədə hakimiyyətlə nurçular arasında savaş gedir. Hazırkı hakimiyyət də nurçular deyilmi?! Bu əslində dünya güclərinin mübarizəsinin Türkiyədə büruza verməsidir. Həmin çatlar dərinləşdirdikçə, bu güclərə sığınan nurçu liderləri arasında da gərginlik artır. Nurçu liderlərin ayrı-ayrılıqda hansı cərəyana aid olmalarını bilmək isə elə də çətin deyil. Zatən onlar fəaliyyətlərində bunu sərgiləyir, hətta tədbirlərdə və kütləvi yığıncaqlarda aid olduqları tərəfi ifadə etməkdən çəkinmirlər.
-Hadisələrin görünən və görünməyən tərəfində nələr durur? Sizcə, bu mübarizədə ən çox hansı tərəf ziyanlı çıxacaq?
-Söhbət hakimiyyət-nurçu savaşından yox, nurçu liderlərin savaşından gedir ki, bu mübarizədə də tərəflər əllərində olan hakimiyyət rıcaqlarından istifadə edirlər. Tərəflər sahib olduqlari istər siyasi, istər iqtisadi hakimiyyətdən, hətta dövlətin gücündən belə yararlanmağa çalışırlar ki, bu da mahiyyət etibariylə tərəflərdən daha çox Türkiyə dövlətinə və Türk millətinə zərbə vurur. Yəni, məncə bu savaşda Türkiyədə "qalib" deyə bir tərəfdən danışmaq olmaz. Ona görə də, bu mübarizədən qurtulmaqla yanaşı, mübarizə aparan tərəflərdən də birdəfəlik qurtulmaq millətin qələbəsi olar ki, hansısa güclərin savaşının bir zərbəsi də Türkiyəyə dəyməsin.
Həm də bu cərəyan tək Türkiyədə deyil, əksər Türk ölkələrində geniş yayıldığı üçün, məncə əslində problem təkçə sözügedən dövlətin deyil, bütövlükdə millətin problemi kimi qiymətləndirilməli və milli qüvvələr birlik nümayiş etdirməlidirlər.
Elnur Eltürk

Bu xəbər oxucular tərəfindən 1313 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |