12.04.2014 [09:37] - Gündəm, Hərb
“Rusiya tankları Laçının bir addımlığındadır. Dünən gecə Rusiyanın Gümrüdə dislokasiya olunan 90 ədəd tank və zirehli texnikası Ermənistanın Gorus bölgəsinin Karaşen yaşayış məntəqəsinə gətirib. Rusiya tankları Laçının bir addımlığındadır”.
Bu barədə musavat.com Ukrayna Qarapapaq Türkləri Milli Şurasına istinadən xəbər verir. Şuranın sədri Daşqın Gülməmmədovun sözlərinə görə, Rusiyanın hərbi komandanlığı Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ və ətraf rayonlarında yerləşən Ermənistan ekspedisiya korpusunu əlavə tank və zirehli texnika ilə gücləndirməyə başlayıb. Hərbi texnika maskalanmış olsa da peyk vasitəsilə müşahidə olunub.
Daşqın Gülməmmədov iddia edir ki, yaxın 2 gün ərzində hərbi texnika Xankəndi-Ağcabədi və Ağdərə-Tərtər istiqamətindəki mövqelərə yaxın ərazilərdə yerləşdiriləcək: “Çox güman, Dağlıq Qarabağın Rusiyaya anneksiyasının reallaşdırılmasına başlanacağı təqdirdə Tərtər-Yevlax istiqamətində genişmiqyaslı hücum imitasiya ediləcək. İki gün öncə isə Rusiya Baş Kəşfiyyat İdarəsinin 3 generalı Xankəndiyə ezam olunub. Ermənistan televiziyaları bir həftədir silahlı qüvvələr barədə reportajlar verir”.
Politoloq Fikrət Sadıxov ANS PRESS-ə müsahibəsində bildirdi ki, Daşqın Gülməmmədovun dediklərini kifayət qədər dolğun məlumat hesab etmək olmaz: “Eyni zamanda, biz həmişə onu bilməliyik ki, bu gün işğal olunmuş Azərbaycan torpaqlarında rus qoşunları var. Ermənistan Silahlı Qüvvələri ilə birlikdə orada təlimlər aparmaqla yanaşı müxtəlif hərbi bazalar yaradıb. Əgər yeni qüvvələrin Dağlıq Qarabağa gəlməsi müşahidə olunursa, təbii ki, hərbçilərimiz bunu izləyib nəticə çıxarmalıdır”
Fikrət Sadıxov hesab edir ki, Dağlıq Qarabağ Krımın taleyini yaşamayacaq. Onun sözlərinə görə, Azərbaycan bununla rahatlaşmamalı Ukraynada baş verən hadisələr fonunda diplomatik addımlarını artıq dərəcədə ehtiyatlı atmalıdır.
“Rusiya Krıma müəyyən şüar altında, ruslar və rusdilliləri qorumaq məqsədini əsas gətirərək müdaxilə etdi. Dağlıq Qarabağ münaqişəsinin isə taleyi bir az başqa cürdür. Belə ki, Dağlıq Qarabağda ruslar yaşamır. Orada yaşayanları nə ruslar, nə də rusdillilər adlandırmaq olar. Bundan başqa Bakı - Moskva arasındakı münasibətlər Kiyev - Moskva münasibətlərinə bənzəmir. Moskva – Kiyev münasibətlərində gərginlik yaşanırdı. Diplomatik münasibətlər qırılmışdı. Gərginlik pik nöqtəsinə çatmışdı. Bizdə isə müəyyən mənada fərqlidir. Amma biz bu təhlükəni heç vaxt yaddan çxartmamalı, özümüzü sakitləşdirməməliyik. Təbii ki, hərbi hazırlığımız diplomatik addımlarımzla paralel həyata keçirilməlidir”, deyə Fikrət Sadıxov bildirdi.

Bu xəbər oxucular tərəfindən 830 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |