Şrift:
Hüquq müdafiəçiləri müvəqqəti saxlanma yerlərində monitorinq keçiriblər
12.04.2014 [10:42] - Gündəm, Hüquq
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və müavini Elçin Şirinov bir sıra rayonların polis şöbələrinin müvəqqəti saxlanma yerlərində monitorinq keçiriblər. Bu barədə APA-ya məlumat verən E. Behbudov Ucar, Yevlax, Mingəçevir, Samux, Daşkəsən, Goranboy, Tərtər, Bərdə rayon polis şöbələrinin və Gəncə Şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlanma yerinə baş çəkdiklərini deyib: “Monitorinq zamanı saxlanılan şəxslərin sağlamlıq vəziyyəti, onlara qarşı münasibət və saxlanma şəraiti ilə maraqlandıq. Saxlanılan şəxslərə tibbi kartlar verilir, həkim müayinəsindən keçirilirlər. Saxlanılan şəxslərin hər hansı şikayəti yoxdur ”.



E. Behbudov Mingəçevir Şəhər Polis Şöbəsi üçün yeni inzibati binanın tikildiyini də qeyd edib: “Mənə bildirdilər ki, müasir standartlara cavab verən inzibati bina tikilir. Həmçinin Goranboy rayon Polis Şöbəsinin müvəqqəti saxlanma yeri sökülüb, yenisi tikilir. Goranboyda müvəqqəti saxlanma yeri köhnə tikili idi. Bununla bağlı daxili işlər naziri Ramil Usubova müraciət etmişdim ki, şəraiti yaxşılaşdırılsın. Artıq köhnə tikili sökülüb yenisi tikilir”.
Bu xəbər oxucular tərəfindən 1216 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed