12.04.2014 [12:25] - İqtisadiyyat
Türkiyə layihədə əlavə 10% payı əldə etmək istəyir
Türkiyə Azərbaycan təbii qazının nəqlini həyata keçirəcək Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsinin tikintisində əlavə 10% payı əldə etmək niyyətindədir. Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev deyib.
R. Abdullayev bildirib ki, bu məsələ gələn həftənin sonunda Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldızla görüşdə müzakirə olunacaq. O, aprel ayının sonunda TANAP layihəsinin yekun investisiya qərarının qəbul olunmasına hazırlıq işlərinin başa çatacağını söyləyib.
ARDNŞ prezidenti bəyan edib ki, TANAP layihəsi çərçivəsində işlər nəzərdə tutulan qrafik üzrə aparılır: “Boru xəttinin keçəcəyi bütün ərazilərdə problemlər həll olunub, xəritələr çəkilib, geoloji işlər aparılıb. Artıq 900 kilometrə yaxın ərazi sənədləşdirilib və Türkiyənin BOTAŞ şirkətinə verilib. Bu şirkətlə çox gözəl əməkdaşlıq var. İşlər plan üzrə həyata keçirilir. Çatdırsaq, bu ilin sonuna layihənin təməlqoyma mərasimini keçirəcəyik. Əsas işlər isə 2015-ci ildə həyata keçiriləcək”.
R. Abdullayev qeyd edib ki, bundan sonra TANAP layihəsinin pay bölgüsündə layihənin tərəfdaşları - ARDNŞ-in payı 58%, BP-nin payı 12%, Türkiyənin (BOTAŞ-TPAO) payı isə 30% olacaq.

Bu xəbər oxucular tərəfindən 955 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |