Şrift:
Güney Azərbaycanda və Iranda son həftənin ictimayi–siyasi mənzərəsi
13.04.2014 [13:20] - Güney Azərbaycan xəbərləri, Siyasi partiyalar
Milli Dirçəliş Hərəkatı Partiyası Güney Azərbaycan Departamentinin Güney Azərbaycan və İranda bu həftəylə bağlı həftəlik icmalı


Bu həftə Güney Azərbaycanda və Iranda ictimai-siyasi vəziyyət əsasən, Azərbaycan Prezidentinin Irana rəsmi səfəri, İranın Altılıq Ölkələrilə nüvə porobleminin müzakirəsi və Güney Azərbaycanda milli hərəkat fəallarının həbs və təziqlərə məruz qalmasıilə ydda qaldı.
Urmulu millət vəkili: İndiki hökumətin də Urmu gölünün bərpası istiqamətində heç bir fəaliyyəti yoxdur. Bu sözləri Urmiyənin İran parlamentindəki millət vəkili Nadir Qazipur deyib. Onun sözlərinə görə, hökumət tərəfindən Urmu gölünün bərpası ilə bağlı bütün proqramlar təklif olunsa da, ancaq kağız üzərindədir və bu günədək heç bir əməli addım atılmayıb.

N.Qazipur həmçinin deyib ki, Urmu gölü yalnız millət vəkillərinə yox, bütövlükdə xalqa məxsusdur: “Əgər mətbuatın da təklifləri varsa, bizə təqdim edə bilərlər”.

Qeyd edək ki, Ruhani hakimiyyəti İran dövlətinin planlı şəkildə qurutduğu Urmu gölünü bərpa etməyə söz verməsinə baxmayaraq gölü qurtarmaq üçün heç bir əməli iş görməyib.

Bu arada Güney azərbaycanın Urmu vilayətində Kürdlərin Azərbaycan torpaqlarına köçürülməsi haqda bildiri yayılıb.Bildiridə qeyd olunub ki, Güney Azərbaycan qərb bölgəsində uzun illərdir PKK terror təşkilatının təyin etdiyi strateji və fars şovinizminin dəstəyi nəticəsində kürdləşdirmə prosesi səngimək bilmir.
Gün keçdikcə idarə məsullarının kürdlərdən təyin edilməsi, Şimali Kürdistan vilayətinin yaradılması təklifi və s. kimi məkrli planlara rast gəlinir.
Bu dəfə bir qrup milli-mədəni fəal, Üşnəviyyə şəhərinə Hatəm Məruf adlı mühacir kürdlərdən birinin icra başçısı təyin edilməsinə etiraz edib və bu barədə Bildiri yayıblar.
“Hatəm Məruf kimdir və hansı məkrli işlərlə məşğul olur!” başlığı ilə başlanan Bildiridə millətimizə kürd təhlükəsi və rejimin gizli planı açıqlanıb. Küçmişdə Azərbaycanın kürd terrorizminə necə məruz qaldığı bildirilən Bildiridə kürd terrorçularının Azərbaycanın torpaqlarına göz tikdikləri və bunun üçün fürsət gözlədikləri diqqətə çatdırılıb.
Bildiri də millətimizdən ayıq-sayıq olması, mühacirət adı ilə Azərbaycanı işğal etmək istəyən kürdlərə torpaqların satılmaması və həmçinin millət vəkillərindən vətənə olan borclarının yerinə yetirmək kimi istəklər irəli sürülüb.Bununla yanaşı Güney Azərbaycanın siyasi mərkəzi olan Təbriz şəhərində milli-mədəni fəallar tərəfindən yeni CD-lər yayılıb.Milli mahnılar yazılan CD-lərdə mərhum Çəngiz Bəxtavər, Mərhum Mühəndis Əmaninin ağırlama mərasimləri və s. kimi törənləri izləmək mümkündür. CD-lərin üzərində azərbaycanlı tutuqlu fəallar Lətif Həsəni, Ayət Mehrəlibəyli, Mahmud Fəzli, Şəhram Radmehr və Behbud Qulizadənin şəkilləri görünməkdədir. Qeyd edək ki, adını çəkdiyimiz məhbuslar hazırda Təbriz zindanında həsbdədir. Onlar 9 il azadlıqdan məhrum ediliblər.
Aprelin 3-də Güney Azərbaycanın Culfa şəhərində ermənilərlə türklər arasında qarşıdurma baş verib. Kütləvi dava zamanı 4 güneyli fəal həbs edilib. Güney Azərbaycan milli hərəkat fəallarının verdikləri məlumata görə, Culfanın “Xaraba Dəyirman” kilsəsinə gəzintiyə gələn milli fəallar Mehdi Kuxian, Səid Sultani, Mehdi Rzayi, Babək Kiyumərsi orada ermənilərin təhqirləri ilə üzləşib. Qarşılıqlı təhqirlər sonda əlbəyaxa davaya çevrilib. Ermənilərin əraziyə çağırdığı təhlükəsizlik qüvvələri münaqişə edən tərəfləri ayıraraq, erməniləri sərbəst buraxsa da, türkləri həbs edib. Milli fəalların harada saxlandığı haqqında yaxınlarına heç bir bilgi verilmir.

İran rejiminin Güney Azərbaycan milli hərkat fəallarına qarşı təziqləri davam edir. Tehranın Evin zindanında aclıq aksiyası saxlayan azərbaycanlı milli-mədəni fəal Behnam Şeyxinin sağlamlıq durumu ağırlaşıb.
Onun yaxınlarının bildirdiyinə görə, B.Şeyxi zindana köçürüldükdən sonra aclıq aksiyasına başlayıb. Onun bu müddətdə sağlamlıq durumu ağırlaşıb və bu səbəbdən yenidən zindanın poliklinikasına intiqal edilib. Bir aydan çoxdur aclıq aksiyasında olan fəal ciddi böyrək xəstəliyindən də əziyyət çəkir. Lakin bütün bunlara baxmayaraq məsullar, zindanın xaricində onun müalicəsinə icazə vermirlər. Gün keçdikcə isə fəalın durumunun daha çox ağırlaşdığı bildirilir.
Behnam Şeyxi martın 5-də təhlükəsizlik qüvvələri tərəfindən öz iş yerində yaxalanıb və naməlum istiqamətə aparılıb. Buna səbəb onun ötən 21 fevral-Dünya Ana Dili Günündə həmin günlə bağlı keçirilən mərasimdə iştirak etməsi olub . Tehranın Nəsimşəhr məntəqəsində keçirilən mərasimdə onlarla fəal tutuqlanmışdır.
Həmin mərasimdə iştirak etdiyinə görə tutulan Əlirza Fərşi və Rüstəm Kazimpur isə keçən günlərdə ikinəfərlik məhbəsə köçürülüblər. Bu əməlin onlara daha çox təzyiq göstərmək və istədikləri etirafı almaq məqsədi ilə həyata keçirildiyi bildirilir.
Tanınmış azərbaycanlı fəal Əlirza Fərşi aprelin 9-da bir qısa telefon əlaqəsində bildirib ki, 50 gün keçdikdən sonra təknəfərlik kameradan ikinəfərlik məhbəsə intiqal edilib. O bəyan edib ki, martın 8-də Dünya Ana Dili Günü mərasimində iştirak etmək ittihamı ilə tutulan digər milli-mədəni fəal Rüstəm Kazimpur da həmin məhbəsə salınıb.
Azərbaycan milli kimliyi uğrunda dinc mübariz, il yarımdır Təbrizin mərkəzi zindanında saxlanan Yeni Güney Azərbaycan Milli Oyanış Hərəkatının üzvü Mahmud Fəzli aprelin 7-də aclıq aksiyasına başlayıb.

Mahmud Fəzli aclığa Ali Məhkəməyə yazdığı şikayət məktubunun göndərilməsinə Təbriz zindanı rəisinin mane olmasından sonra başlayıb. Təbriz zindanının rəisi aprelin 5-də azərbaycanlı fəalların saxlandığı korpusa baxış keçirərkən Mahmud Fəzli ağır şəraitə kəskin etiraz bildirib. Bundan sonra o, zindan rəhbərliyinin təhdid və təhqirinə məruz qoyularaq narkotik maddələr ittihamı ilə saxlanan məhbusların yanına salınıb.

İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları Yeni GAMOH təşkilatı mərkəzi komitəsinin üzvü Mahmud Fəzlini 2012-ci il dekabrın 31-də Təbrizdə tutub. Təşkilatın digər üzvləri Ayət Mehrəlibəyli, Lətif Həsəni, Şəhram Radmehr, Behbud Quluzadə ötən ilin yanvar-fevral aylarında həbs edilib. Təbriz məhkəməsi azərbaycanlı fəalları qanunsuz təşkilat yaratmaqda və dövlət quruluşuna qarşı təbliğat aparmaqda günahlandıraraq onların hər birini 9 il müddətinə azadlıqdan məhrum edib.


Son günlərdə, 21 fevral-Dünya Ana Dili Günündə tutulan digər tanınmış fəal Əkbər Azad da öz ailəsi ilə qısa telefon əlaqəsi saxlayaraq ağır medə xəstəliyində əziyyət çəkdiyini bildirib. O ağır xəstə olmasına rəğmən müalicə üçün imkan yaradılmadığını xüsusi vurğulayıb.
Həmin mərasimdə tutuqlanan digər fəal Mənsur Fəthi isə təxminən 1 ay saxlanıldıqdan sonra martın 19-da 50 milyon tümənlik mülki vəsiqə qarşılığında azad buraxılıb.
Hazırda sözü gedən mərasimdə tutulan Behnam Şeyxi, Həmid Mənafi və Mahmud Ocaqlu hələ də naməlum vəziyyətdə saxlanılır.
Qeyd edək ki, İran rejimi bu dəfə də keçmiş illər kimi Dünya Ana Dili Günü ərəfəsində Azərbaycanın müxtəlif şəhərlərində 100-dən çox fəalı yaxalamışdır.Bununla yanaşı Həbs müddətinin sona çatmasına baxmayaraq həbsdə saxlanılan azərbaycanlı siyasi məhbus Əsədulla Əsədi özünü yandırıb.
Məhbus dosyesinə baxılmamasına etiraz olaraq aprelin 5-də özünə od vurub və ağır yanıq yaraları alıb. Özünü yandıran fəalı onunla Tehranın Evin zindanında eyni bölümdə həbs çəkən başqa məhbus qurtarıb. Əsədi cismi vəziyyətinin ağır olması ilə bağlı Tehranın Loqman xəstəxanasına yerləşdirilib. Fəalın nə vəziyyətdə olması barədə hələlik heç bir məlumat yoxdur.
Güney Azərbaycanlı fəallar Rəsul Rəzəvi, Hüseyn Əliməhəmmədi və Taha Kermaninin zaminə buraxılması üçün vəsiqə təyin edilib. Heç bir günahı olmayan fəallara uzun müddət həbs və işgəncədən sonra hər biri üçün 200 milyon tümən olmaqla 600 milyon tümənlik vəsiqə nəzərdə tutulub. Rejimin hakimi fəalların hər biri üçün 300 milyon tümənlik vəsiqə təyin etmək istəyirmiş, lakin fəalların ailəsinin etirazı nəticəsində 200 milyon tümənə azaldılıb.
Rejim hər üç fəal üçün yalan ittihamlar vurmaqla onları uzun müddətdir həbsdə saxlamaqla qeyri-insani şəkildə işgəncəyə məruz qoyub.

Rəsul Rəzəvinin saxlanıldığı gündən 3 aydan çox, Hüseyn Əliməhəmmədi və Taha Kermaninin isə saxlanıldığı gündən 5 aydan çox bir müddət keçsə də onlar hələ də naməlum vəziyyətdə Təbrizin mərkəzi zindanında saxlanılır. Güney Azərbaycanlı milli fəal Vəli Bərqdar Təbrizin Mərkəzi zindanına salınıb. Fəal həbs müddətini çəkmək məqsədilə artıq aprelin 8-də Təbriz zindanınına salınıb. Vəli Bərqdar bir müddət öncə 30 nəfər azərbaycanlı fəal Urmu gölünün qurtarma yollarını müzakirə etmək üçün iftar mərasiminə toplaşan fəalların tutulmasına etiraz məqsədilə divarlara afişa yapışdırdığı üçün yaxalanmışdı.
Vəli Bərqdarla birlikdə tutulan bir neçə fəala qarşı rejim saxta ittihamlar vurmaqla onları həbsə məhkum edib.
Bu arada Aprelin 5-də məhkəməyə müraciət etdikdən sonra Təbriz zindanına salınan Məhəmməd Xətibi və Əkbər Mühaciri vəsiqə qarşılığında zaminə buraxılıblar.

Məhəmməd Xətibi aprelin 8-də 10 milyon tümənlik vəsiqə girov qoymaqla sərbəst buraxılıb. Rejim günahsız fəalı sistemin əleyhinə təbliğ və bölücü qruplarla əməkdaşlıqda ittiham edib. Həmçinin Əkbər Mühaciri 30 milyon tümənlik vəsiqə qarşılığında zaminə buraxılıb.

Təbrizin “Traxtur” futbol takımı ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Əleyn” takımı arasında aprelin 1-də keçirilən müsabiqə zamanı 25 nəfər soydaşımız yaxalanmışdır. Onlardan 10 nəfəri birinci gün digər 15 nəfəri isə 2 gün saxlanıldıqdan sonra zəmanət qarşılığında müvəqqəti azadlığa buraxılmışdır.

Tanınmış milli-mədəni fəal Əkbər Mühaciri və həmin müsabiqədə tutulan daha 5 nəfər aprelin 5-də məhkəmə tərəfindən Təbriz zindanına intiqal edilmişdir. Urmu göülünü qurtarmaq məqsədi ilə şüarlar səsləndirən “Traxtur” tərəfdarları ümumi asayişi pozmaqda ittiham olunmuşdur. Məhkəmənin 7-ci şöbəsinin hakimi tutulanların hər biri üçün 30 milyon tümənlik mülki vəsiqə təyin edib, lakin iş vaxtı qurtardığı səbəbindən “Traxtur” tərəfdarları zindana intiqal edilmişdir.
Hazırda Tehranın Evin zindanında məhbus həyatı yaşayan Güney azərbaycanlı milli-mədəni fəal Əkbər Azadın sağlamlıq durumu ağırlaşıb.

Fəalın oğlu Heydər Azad bildirib ki, atasının xərçəng xəstəliyi zindanda qayıdıb və məsullar onun atasını xəstəxanaya getməsinə mane olurlar. Əkbər Azad qısa telefon əlaqəsində mədəsində kəskin ağrıların olduğunu bildirib. Rejimin məhkəmə orqanları və Evin zindanın məsulları isə fəalın ailəsinə onun dosyesi ilə bağlı məlumat verməkdən də çəkinirlər.

Qeyd edək ki, ötən 21 fevral-Dünya Ana Dili Günü mərasimində tutulan fəal 2 aya yaxındır qeyri-müəyyən şəraitdə zindanda saxlanılır.
Güney Azərbaycan milli kimliyi uğrunda dinc mübarizə aparan daha 5 nəfər milli fəal (Daryuş Əndəlibiyan, Həbib Mənafi Azər, Cavad Sudbər, Muxtar İbrahimi və Yusif Muxtari) azadlıqdan məhrum olunub.
Güneydən aldığım məlumata əsasən Mahabad məhkəməsi Güney azərbaycanlı fəalları qanunsuz toplantılara qatılmaqda və sistemə qarşı təbliğat aparmaqda günahlandırıb. Onlar keçən il “21 Azər” mərasimini Qoşaçayın Qıcılı kəndində şəhid Xanəli Mütiinin (Azərbaycan Demokrat Firqəsinin fədailərindən olub) məzarı üstə keçirərkən təhlükəsizlik qüvvələrinin hücumuna məruz qalıb və döyülərək yaxalanmışdılar.

Tutulduqdan bir neçə gün sonra 10 milyon tümənlik mülki vəsiqə qarşılığında azadlığa buraxılan fəallar 2014-cü il fevralın 23-də Mahabadın (Soyuqbulaq) inqilab məhkəməsinin 1-ci şöbəsində qapalı şəkildə mühakimə edilib. Barələrində çıxarılan hökm Qoşaçayın ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsi tərəfindən onlara elan olunub. Hökmə əsasən Daryuş Əndəlibian 9 ay və digər fəallar 3 ay, 1 gün həbs cəzasına məhkum edilib. Məlumata görə, Həbib Mənafi Azər yaxalanarkən döyülüb və işgəncə də edilib.

Qoşaçaylı fəallar 2013-cü ilin dekabrında Azərbaycan Demokrat Firqəsinin şəhid fədailərindən olan Xanəli Motiinin məzarını ziyarət edərkən tutulsalar da, az sonra mülk girovu qarşılığında müvəqqəti azadlığa buraxılmışdılar.

Yenə də Azərbaycanın musiqi və milli-mədəni varlığı uğrunda fəaliyyət göstərən soydaşlarımız İran rejiminin hədəfindədir.
Məlumata görə, Azərbaycanın milli musiqisi uğrunda fəaliyyət göstərən Abbas Nikrəvan İran rejiminin təhlükəsizlik qüvvələri tərəfindən ağır döyülərək tutuqlanıb. Belə ki, Şəbistər şəhərinin təhlükəsizlik qüvvələri aprelin 5-də bu şəhərin Nadarlı kəndində keçirilən milli-mədəni fəallardan birinin toy mərasiminə hücum edib, toya qarışıqlıq salaraq Salmas şəhərinin musiqi qrupunun rəisi, milli-mədəni fəal A.Nikrəvani ağır döyərək yaxalayıblar. Məlumata görə, ağır yaralanan fəal Şəbistərin xəstənasına aparılıb. Həmçinin təhlükəsilzik qüvvələri A.Nikrəvani evə qayıdarkən Şərəfxana yoxlama məntəqəsində saxlayıb və Şəbistərin təhlükəsizlik məntəqəsinə aparıb, saatlarla sorğu-suala tutduqdan sonra bazar günü səhər çağlarında sərbəst buraxıblar. Məmurlar bildiriblər ki, A.Nikrəvanin musiqi qrupunun bu şəhərdə çıxış etməsini yasaqlayan qərar var.
Qeyd edək ki, fars şovinizmi Azərbaycanın musiqi, ədəbiyyat, folkolor və ümumiyyətlə mədəniyyəti ilə məşğul olan bütün fəallara qarşı təzyiq göstərməkdədir. Hazırda musiqi sahəsində fəaliyyət göstərən ustad Həsən Dəmirçi, Rəsul Heydərzadə və İsmail Bərzgəri İran rejiminin həsbxanalarında məhbus həyatı yaşamaqdadır.

Təbrizin “Traxtur” futbol takımı ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Əleyn” takımı arasında aprelin 1-də keçirilən müsabiqə zamanı 25 nəfər soydaşımız yaxalanmışdır. Onlardan 10 nəfəri birinci gün digər 15 nəfəri isə 2 gün saxlanıldıqdan sonra zəmanət qarşılığında müvəqqəti azadlığa buraxılmışdır.
Məlumata görə, tanınmış milli-mədəni fəal Əkbər Mühaciri və həmin müsabiqədə tutulan daha 5 nəfər zindana salınıb. Onlar aprelin 5-də məhkəmə tərəfindən Təbriz zindanına intiqal edilib. Urmu göülünü qurtarmaq məqsədi ilə şüarlar səsləndirən “Traxtur” tərəfdarları Əkbər Mühaciri, Məsud və qardaşı, Behzad, Mehdi Səmədian və Nikbəxt Səmədian ümumi asayişi pozmaqda ittiham olunub.
Məhkəmənin 7-ci şöbəsinin hakimi tutulanların hər biri üçün 30 milyon tümənlik mülki vəsiqə təyin edib, lakin iş vaxtı qurtardığı səbəbindən “Traxtur” tərəfdarları zindana intiqal edilib. Gözyaşardıcı qazla hücuma məruz qalıb, döyülərkən burnu sınan Əkbər Mühaciri isə rejimin məmurlarından şikayət edib. Lakin hakim, məmurları günahsız göstərməyə çalışaraq, deyib ki, bəlkə də səni quldurlar döyüb! Əkbəri isə hakimin gülünc iddiasına cavab olaraq deyib ki, “Quldurların gözyaşardıcı qaz və polis dəyənəyi varki?! Onda onların gözyaşardıcı qaz və batumla stadiona gəlməsinə kim icazə verib?”.
Qeyd edək ki, son zamanlar İran rejiminin Azərbaycan Milli Hərəkat fəallarına qarşı təzyiqləri xüsusi vüsət alıb. Həbslərin son dalğası 21fevral-Dünya Ana Dili Günündən sonra hələ də səngiməyib.
Bunlarla yanaşı iranla qərb arasında mübahisəli məsələlər həlki öz həlini tapmayıb. ABŞ Nümayəndələr Palatası aprelin 10-da İranın BMT-dəki daimi nümayəndəliyinin yeni rəhbəri Həmid Əbutalıbinin ölkə ərazisinə buraxılmasının qarşısının alınması barədə qanun layihəsini yekdilliklə qəbul edib. Aprelin 7-də ABŞ Senatı tərəfindən təsdiqlənmiş sənəd qüvvəyə minməsi üçün ölkə prezidenti tərəfindən imzalanmalıdır.Qanun layihəsinin müəllifi Texas ştatının senatoru Ted Kruzdur. Sənədə əsasən, terrorçuluq, adam oğurluğu və casusluq fəaliyyəti ilə məşğul olmuş şəxslər ABŞ-ın milli təhlükəsizliyinə təhdid təşkil edir və onların bu ölkənin ərazisinə daxil olması qadağan olunmalıdır. Artıq ABŞ Konqresi qanunun təsdiqlənməsi üçün Prezident Administrasiyasına təqdim edib.Qeyd edək ki, H.Əbutalıbi İran prezidentinin sərəncamı ilə bu vəzifəyə təyin edilib və 2007-ci ildən bəri İranın BMT-dəki daimi nümayəndəsi kimi fəaliyyət göstərən Məhəmməd Xəzaini əvəzləyib. H.Əbutalıbi Həsən Ruhani hökumətində vitse-prezident vəzifəsində çalışıb. 56 yaşlı diplomat karyerasına 1979-cu il inqilabının ilk illərindən başlayıb və müxtəlif illərdə İranın İtaliya, Belçika və Avstraliyadakı səfiri vəzifələrində çalışıb. Onun İranın ali dini lideri ilə münasibətlərinin yaxşı olduğu, İran Məsləhət Şurasının sədri, eks-prezident Əliəkbər Haşimi Rəfsəncaniyə yaxın bir kadr olduğu bildirilir. Ancaq bu təyinat ABŞ-da ciddi narazılığa səbəb olub. Buna səbəb onun Müsəlman Tələbələr Assosiasiyasının bir üzvü kimi 1979-cu il noyabrın 4-də ABŞ-ın İrandakı səfirliyinin tutulması və 52 amerikalının 444 gün girovluqda saxlanılmasında iştirakda günahlandırılmasıdır. Ötən gün ABŞ Dövlət Departamenti İranın BMT-dəki daimi nümayəndəliyinə yeni rəhbər təyinatından ciddi narahat olduğunu bildirib.

ABŞ Dövlət Departamentinin sözçüsü Mari Harf deyib ki, İranın seçimi xeyli problem yaradacaq: “Biz bu məsələni diqqətlə nəzərdən keçiririk və mümkün seçimdən çox narahatıq”. O, həmçinin H.Əbutalibiyə viza verilib-verilməməsi məsələsinə də aydınlıq gətirib: “BMT-nin ofisi Nyu-Yorkda yerləşdiyindən, ABŞ-ı dövlətlərin nümayəndələrini qəbul etməyə məcbur edir”.Ancaq bununla belə, H.Əbutalıbi ona qarşı irəli sürülən ittihamları təkzib edərək, həmin hadisənin iştirakçısı olmadığını, sadəcə, tərcüməçi rolunu oynadığını bildirib.
Bununla əlaqədar İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyə Əfxəm aprelin 9-da jurnalistlərə açıqlamasında BMT-dəki yeni daimi nümayəndənin ABŞ-a girişinə qadağa qoyulmasına və Ağ evin məsələ ilə bağlı açıqlamasına münasibət bildirib.
Mərziyə Əfxəm deyib: “ABŞ hökumətinin İranın BMT-dəki yeni nümayəndəsi Həmid Əbutalibi ilə rəftarı qəbuledilməzdir. Əbutalibi İranın ən yaxşı diplomatlarından biridir və bundan əvvəl ölkənin İtaliya, Belçika və Avstraliyadakı səfirliklərində fəaliyyət göstərib, bu sahədə iş stajı var”.

Bu arada Con Kerri deyib ki, İran istəsə iki aya atom silahı istehsal edə bilər: “Zənnimcə, bu gün hamı bilir ki, hazırda biz “iki ay içində əldə etmə” deyimi kimi tanınan bir mərhələ ilə üz-üzə qalmışıq. Əgər İran kütləvi qırğın silahı yaratmağa qərar versə, iki ay ərzində nüvə silahı üçün lazım olan uranı zənginləşdirə, atom bombası istehsal edə bilər. Belə ki, İranın atom bombası istehsal etmək üçün cəmi iki aya ehtiyacı var”.
Bununla yanaşı İranın xarici işlər naziri M.C.Zərif İranla “altılıq” ölkələri arasındakı nüvə müzakirələrinə də toxunaraq, Qərbi ölkəsinin dincməqsədli nüvə fəaliyyətləri ilə bağlı yanlış fikirlərindən dolayı tənqid edib: “İran “altılıq” ölkələri ilə çərçivə sazişi əldə edib. Ötən ilin noyabrında Cenevrədə əldə olunmuş müvəqqəti razılaşma hər iki tərəfə yekun anlaşma üçün fürsət meydana gətirir. Hazırda danışıqlar yaxşı irəliləyir. İranın nüvə silahı yoxdur və əsla nüvə silahına sahib olmaq niyyətində deyil. Mən nüvə razılaşmasına nail olmağın çətin olduğunu düşünmürəm. Bizim bir tərəfdən İranın nüvə hüquqları ilə bağlı narahatlığımız var, digər tərəfdən də İranın nüvə proqramı ilə bağlı narahatlıqları aradan qaldırmağa çalışırıq. Tərəflər nüvə razılaşması üçün Birgə Fəaliyyət Proqramı çərçivəsində danışıqlar aparmaq qərarına gəliblər. Nüvə razılaşmasına da nail olmaq üçün siyasi iradə və dürüstlüyə ehtiyac var”.Nazir deyib ki, hər iki tərəf mayda qaralama mətni üzərində işə başlamaq barədə razılığa gəliblər: “İran nüvə razılaşmasına sadiq olduğunu göstərib. Qaralama mətni qarşılıqlı proses olmalıdır və hər iki tərəf də qaralama mətnini özü tərtib etməlidir. Hələlik heç bir şey məlum deyil. Hər şey mətndə razılaşdırılacaq. Ancaq İranın nüvə proqramının bütün sahələrdə, o cümlədən tədqiqat və inkişaf sahəsində məhdudlaşdırılacağını demək olmaz. Tədqiqat və inkişaf elmin bir sahəsidir və məhdudlaşdırıla bilməz”.

M.C.Zərif həmçinin Qərbin İranda insan haqları ilə bağlı şübhələri mövzusuna da toxunaraq, xalqın prezident seçkilərinə 73% nisbətində qatılaraq mötədillik yolunu seçdiyini vurğulayıb.

Eyni zamanda nazir bölgədə radikalizmə dəstək verilməsinin heç kimə yardımçı ola ilməyəcəyini söyləyib: “Əvvəldən belə siyasətlər izləyənlər hazırda radikalizmin qurbanı olublar”.
Ötən günlərdə Vyanada İran xarici işlər naziri ilə Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi arasında görüş keçirilib.işgüzar şam yeməyində bir araya gələn Məhəmməd Cavad Zəriflə Ketrin Eşton aprelin 3-5-də İranla “altılıq” ölkələri arasında ekspertlər səviyyəsində keçirilmiş nüvə müzakirələrinin hesabatlarını araşdıraraq ikigünlük danışıqların əsas mövzularını təyin ediblər.İranla “altılıq” ölkələri arasında növbəti nüvə müzakirələri bu gün yerli vaxtla saat 10:00-da M.C.Zərif və K.Eştonun rəhbərliyi altında öz işinə başlayacaq, daha sonra müavinlər səviyyəsində davam etdiriləcək. Müzakirələrdə Ərak ağır su nüvə reaktoru və uranın zənginləşdirilməsi kimi məsələlər daxil olmaqla yerdə qalan bütün mövzularla bağlı fikir mübadiləsi aparılacaq.İran xarici işlər naziri jurnalistlərə açıqlamasında AB rəsmisi ilə yalnız nüvə məsələsi barədə fikir mübadiləsi aparıldığını bildirib: “Müzakirələr iki gün davam edəcək və bu zamana qədər öz həllini tapmayan mövzular ətraflı şəkildə araşdırılacaq”.M.C.Zərif həmçinin gələn həftəyədək yekun razılaşmanın layihəsinin hazırlanacağını gözlədiklərini və bunun da tərəflər arasında aparılan nüvə müzakirələrində əldə edilmiş nəticələr çərçivəsində olacağını vurğulayıb.

Yuxarıda qeyd olunalarla yanaşı bu həftə Azərbaycan Respublikasının Prezidenti İlaham Əliyevin İrana rəsmi səfəriridə bəzi məqamlarla yadda qaldı.
İlk dəfə olaraq İranda Azərbaycan bayraqı olduqu kimi asıldı yəni keçmişdə Azərbaycan dövlət rəsmilərinin irana səfər etdikləri zaman iran tərəfi Azərbaycanın ddövlət bayrağını tam əksinə asaraq bütövlükdə Azərbaycan millətini və dövlətini təhqir edirdi buna misal olaraq keçmiş müdafiə naziri Səfər Əbiyevin İran rəsmi səfərində bayraqımızın tərs asılması hətta Güney Azərbaycanlılar tərəfindən ciddi etirazla qarşılandı və Güneyli milli hərəkat fəalları Səfər Əbiyevi iran rejiminə satıldıqını bildirmişdilər.lakin Prezident İlham Əliyevin İran səfərində görünür bayraq məsələsinə çox ciddi diqqət yetirilib sadəcə budəfə Azərbaycan bayraqının rəngində anlaşılmazlıq gözə çarpıb.bayraqın Türklüyümüzü bildirən açıq göy rəng iranda tam fərqli olraq çox tünd rəngli yəni qara rəngə çox oxşayırdı.Başqa bir məsələdə bundan ibarətidi ki,Güney Azərbaycan türkləri Prezident İlham Əliyevi Təbriz şəhərində görmək arzusunda idilər və onu qarşılamaq üçün milli hərəkat fəalları ciddi hazırlıq işləri görmüşdülər.yerli mənbələrimizin verdiyi məlumata görə əgər P.İlham Əliyev Təbrizə getsəydi Güney azərbaycnlıların milli oyanışına çox müsbət təsiri olacaqdı və Təbriz əhalisi milli şuarlarla onu qaşılayacaqdı.

MDHP Güney Azərbaycan Departamenti
Bu xəbər oxucular tərəfindən 1185 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed