14.04.2014 [09:22] - Gündəm, Türk dünyası-Turan
Türkiyədə bir milyondan çox türk erməni quldur dəstələri tərəfindən qətlə yetirilib.
Bu barədə Türkiyə Baş nazirinin müavini Əmrullah İşlər "TRT Haber"-ə verdiyi açıqlamasında bildirib.
Ə.İşlər deyib: "1915-ci ildə türklərin "soyqırım" törətdikləri deyil, soyqırıma məruz qaldıqları barədə əlimizdə yetərincə sənədlər var".
Onun sözlərinə görə, erməni quldur dəstələri 1915-ci ildə Türkiyədə sadəcə türklərə qarşı deyil, eyni zamanda o ərazilərdə yaşayan ərəblər və kürdlərə qarşı da qətliam törədiblər.
Ə.İşlər onu da qeyd edib ki, Türkiyə rəsmiləri dəfələrlə bəyan ediblər ki, 1915-ci il hadisələrinin araşdırılması üçün ortaq komissiya yaradılmasına hazırdırlar, lakin Ermənistan tərəfi hələ də təklifə münasibət bildirməyib.
Iki gün öncə ABŞ Senatının Xarici əlaqələr komitəsi qondarma "erməni soyqırımı" iddialarını dəstəkləyən qətnaməni qəbul edib.
Xatırladaq ki, Ermənistan hər il aprelin 24-də qondarma "erməni soyqırımı"nı qeyd edir. Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri qondarma "soyqırım"ı tanıyıblar.

Bu xəbər oxucular tərəfindən 728 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |