Şrift:
Azərbaycanın müdafiə nazirinin İrana rəsmi səfəri başlayıb
14.04.2014 [09:46] - Hərb
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun İrana rəsmi səfəri başlayıb.


Səfər İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri, general-mayor Hüseyn Dehqanın dəvəti ilə baş tutub.



Z. Həsənov İrana ikigünlük səfəri çərçivəsində iranlı həmkarı ilə ikitərəfli hərbi əməkdaşlıq, eləcə də siyasi, hərbi və regional təhlükəsizlik məsələlərini müzakirə edəcək.



Azərbaycan müdafiə nazirinin İranın digər rəsmiləri ilə də görüşlərinin keçirilməsi planlaşdırılır.
Bu xəbər oxucular tərəfindən 704 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed