Şrift:
Azərbaycanlı idmançı erməniyə qarşı
14.04.2014 [12:26] - İdman
Güləşçilərimiz Finlandiyada keçirilən Avropa çempionatında iştirak edir

Finlandiyanın Vantaa şəhərində böyüklər arasında güləş üzrə Avropa çempionatı davam edir.Çempionatın 4-cü günündə 70 və 86 kq sərbəst, 63 və 75 kq qadın güləşçilər mübarizə aparır.

Azərbaycan idmançıları sərbəst güləş yarışlarında ölkəmizi təmsil edir.

70 kq-da Ruslan Dibirhacıyev 1/8 finalda Belarusdan olan Anton Afanasyevi 10:2 hesabıyla, 1/4 finalda macar İstvan Qulyası 6:2 hesabıyla məğlub edib. Onun yarımfinaldakı rəqibi türkiyəli Yakup Gör olub. Gərgin keçən qarşılaşma təmsilçimizin 5:4 üstünlüyü ilə başa çatıb. Finala yüksələn Ruslan Dibirhacıyevin rəqibi erməni güləşçisi Qriqor Qriqoryan olacaq.

86 kq çəki dərəcəsində mübarizə aparan Həmzət Osmanov mübarizəyə 1/16 finaldan başlayıb. O, moldovalı Pyotr Yanulovla gərgin keçən qarşılaşmadan üstün ayrılıb. 1/8 finalda Həmzət türkiyəli Fırat Birincini asanlıqla mübarizədən kənarlaşdırıb - 10:0. 1/4 finalda güləşçimiz macar İstvan Vereblə görüşdən məğlub ayrılıb və mübarizəni dayandırıb.

Final görüşləri Bakı vaxtı ilə saat 20.00-da başlayacaq və İdman Azərbaycan kanalından canlı yayımlanacaq.

70 kq
1/8 final - Ruslan Dibirhacıyev - Anton Afanasyev (BLR) 10-2
1/4 final - İstvan Gulyas (HUN) - Ruslan Dibirhacıyev 2-6
1/2 final - Ruslan Dibirhacıyev - Yakup Gör (TUR) 5-4
FİNAL - Qriqor Qriqoryan (ARM) - Ruslan Dibirhacıyev

86 kq
1/16 final - Pyotr Yanulov (MDA) - Həmzət Osmanov 4-4*
1/8 final - Fırat Binici (TUR) - Həmzət Osmanov 0-10
1/4 final - İstvan Vereb (HUN) - Həmzət Osmanov 4-1
Bu xəbər oxucular tərəfindən 818 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed