09.12.2011 [16:50] - Xəbərlər
Sənədlər arasında Elxanilər, Atabəylər, Ağqoyunlu, Qaraqoyunlu, Səfəvilər və Qacarlar dövründə Vatikanla məktublaşmalar, missionerlərin Azərbaycandakı siyasi cərəyanlarla bağlı gizli hesabatları da var
Vatikanın məxfi arxivlərində Azərbaycana aid tapılan sənədlərin surəti dekabrın 7-də Bakıya gətirilib. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əlyazmalar İnstitutunun tərcümə və informasiya şöbəsinin müdiri Fərid Ələkbərli bildirib.
Onun sözlərinə görə, bu sənədlər Elxanilər, Atabəylər, Ağqoyunlu, Qaraqoyunlu, Səfəvilər və Qacarlar dövlətlərinin hökmdarlarının Vatikana məktubları və onlara yazılmış cavab məktubları, Vatikandan sözügedən dövlətlərin hökmdarlarına məktublar və onlara yazılmış cavablar, müxtəlif missionerlərin Azərbaycandakı siyasi cərəyanlarla bağlı gizli hesabatları və s. sənədlərdən ibarətdir: “Məxfi sənədlər ümumilkdə 1000 səhifə həcmindədir. Bunlar çox mühüm sənədlərdir. Bu sənədlər vasitəsilə Azərbaycan tarixinin çoxlu gizli məqamlarına aydınlıq gətirmək mümkün olacaq”.
F. Ələkbərli deyib ki, məxfi sənədlər müxtəlif dillərdədir: “Onların arasında monqol, türk, qədim uyğur, ərəb, latın, italyan dillərində olanlar var. Həmin sənədləri araşdırmaq asan iş deyil. Bu, ən azı bir neçə il vaxt aparacaq. Məktubların çoxu diplomatik məktublardır. Onları tədqiq edəndə həmin dövrün tarixini, siyasi mühitini dərindən araşdırmaq lazımdır. Bu işdə tarixçilər və müxtəlif dilləri bilən mütəxəssislər iştirak etməlidirlər. Sənədlər tam tədqiq olunandan sonra dərc ediləcək”.

Bu xəbər oxucular tərəfindən 1093 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |