15.04.2014 [10:47] - Sosial
Azərbaycanda həyata keçirilən enerji siyasəti nəticəsində respublikanın təbii qazla təchizatı sahəsində mühüm irimiqyaslı praktiki işlər görülüb və bu işlər davam etdirilir.
Bunu Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında energetika naziri Natiq Əliyev bildirib.
N. Əliyev deyib: “Energetika Nazirliyi tərəfindən “Qazdan istifadə Qaydaları”nın hazırlanması, təsdiq və tətbiq edilməsi ölkə ərazisində qazlaşdırma prosesinin nizamlanması və təkmilləşdirilməsi üçün mühüm rol oynayıb. Həyata keçirilən tədbirlər sayəsində qaz və elektrik enerjisi ilə təmin olunan əhali abunəçilərinin sayı ildən-ilə artıb. Qazla təmin edilən rayonların sayı 67-yə çatdırılıb, müxtəlif bölgələrdə qaz təminatı bərpa edilib və nəticədə əhalinin əvvəllər külli məbləğdə digər yanacaq növünün əldə edilməsinə yönəldilmiş xərcləri kəskin şəkildə, yəni dəfələrlə azaldılıb. Hazırda respublikada təbii qazla təmin olunan abonentlərin sayı 1 mln. 677 minə çatıb, sayğaclaşdırmanın səviyyəsi isə 99%-ə yüksəlib”.
Qurum rəhbəri əlavə edib ki, respublika ərazisində “SMART” tipli sayğacların quraşdırılması davam edir və bu günədək 500 mindən artıq bu tipli sayğaclardan istifadə edilir: “Bunun nəticəsində enerji haqqının yığımı son illərlə müqayisədə 2,1 dəfə artaraq 93,3% olub”.

Bu xəbər oxucular tərəfindən 724 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |