16.04.2014 [09:09] - Gündəm, Diaspor
Niderland və Belçika Krallığının hər bir əyalətində Azərbaycan təşkilatlarının yaradılması prosesinə start verən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) tərkibinə daha iki təşkilat əlavə olunmuşdur. Bunlar Brabant Əyaləti Azərbaycanlılar Məclisi və Şimalı Hollandiya Əyaləti Azərbaycanlılar İttifaqıdır.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə , Rotterdam şəhərində hər iki təşkilatın təqdimat mərasimi keçirilmişdir.
Mərasimdə BAK-ın sədri Sahil Qasımov yeni təşkilatları təqdim etmiş, onlara fəaliyyətlərində uğurlar arzulamışdır.
Təqdimat mərasimində yeni qurumların rəhbərləri Ofeliya Babayeva və Sima Cəfərova təşkilatlar barədə məlumat vermiş, idarə heyətini təqdim etmişlər.
Azərbaycanın Haaqadakı səfirliyinin nümayəndəsi Elxan Ələsgərov, BAK-ın birinci vitse-prezidenti Elsevər Məmmədov, Hollandiya Türk Federasiyasının sədri Murad Gedik və digər ölkələrin diaspor təşkilatlarının təmsilçiləri çıxış edərək yeni yaradılmış qurumlara uğurlar arzulamış, gələcək əməkdaşlıqdan danışmışlar.
Tədbir konsert proqramı ilə davam etmişdir.
Benilüks Azərbaycanlıları Konqresinin yaxın vaxtlarda daha üç əyalətdə soydaşlarımızı birləşdirən yeni təşkilatlarının yaradılması planlaşdırılır.

Bu xəbər oxucular tərəfindən 1088 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |