Şrift:
Çindən İstanbula gəlib siyasi sığınacaq tələb edən 35 uyğur Türkiyədə qalacaq
16.04.2014 [09:42] - Gündəm, Türk dünyası-Turan
18 gün İstanbulun Atatürk adına aeroportunda gözləyəndən sonra bu gecə aeroportdan çıxarılan 35 uyğur türkü Türkiyədə qalacaq.



İstanbul polis idarəsinin Kumkapı səmtində yerləşən əcnəbilər şöbəsinə aparılan 35 uyğur türkü hal-hazırda orada saxlanılır. davam.az saytına daxil olan məlumata görə, Türkiyədən sığınacaq istəyən uyğur türklərinə lazımi diqqət göstərilir. İstanbuldakı Uyğur türkləri dərnəyinin rəhbərləri sığınacaq istəyən soydaşlarla daimi əlaqədə olub, həm onların ehtiyaclarının təmin edilməsinə, həm də tezliklə əcnəbilər şöbəsindən sərbəst buraxılmasına çalışır.Uyğur türklərinin ölkəyə rəsmi daxil olması məsələsinin bazar aprelin 14-də həll ediləcəyi və onların rəsmi şəkildə Türkiyəyə girişinə icazə veriləcəyi bildirilib.

Çindən qaçaraq hava yolu ilə Türkiyəyə gələn siyasi sığınacaq tələb edən 35 uyğur türkü 25 martdan bəri İstanbulun Atatürk adına aeroportunun tranzit xətlər bölümündə gözlədilirdi. Türkiyə xarici işlər nazirliyinin göstərişinə əsasən, aprelin 12-də onlar aeroportdan çıxarılaraq İstanbul polis idarəsinin Kumkapı səmtində yerləşən polis idarəsinə aparılıb. Lazımi hüquqi proseduranın tamamlanmasından sonra gələn həftənin əvvəlində uyğur türklərinin Türkiyəyə girişinə rəsmi icazə veriləcəyi gözlənilir. İstanbuldakı Uyğur türkləri həmrəylik və yardımlaşma dərnəyi və Türk Dünyası Araşdırmaları Vəqfi siyasi sığınacaq tələb edən uyğur türklərinə hüquqi dəstək vermək üçün vəkillər təyin edib.
Bu xəbər oxucular tərəfindən 783 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed