Şrift:
Fərəc Quliyev QRECO-nun dəyərləndirmə tədbirində iştirak etdi
16.04.2014 [14:34] - Gündəm, Siyasi partiyalar
Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunun (QRECO) Azərbaycan Respublikasının dəyərləndirmə səfəri başlamışdır. 15 aprel 2014-cü il tarixində Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin inzibati binasında Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunun (QRECO) nümayəndələri ilə görüş keçirmişdir. Görüşdə MDHP sədri, millət vəkili, QOPAK təşkilatının milli bölməsinin üzvü Fərəc Quliyev iştirak etmişdir. Görüş zamanı , Azərbaycanda seçki sistemi;
Azərbaycanda və dünyada korrupsiyaya qarşı mübarizə üsulları;
Qanunların hazırlanması və qəbul edilməsi prosesində şəffaflıq;
Parlament üzvlərinin fəaliyyətində etik davranış qaydaları;
Məmurların gəlir və əmlakları barədə bəyamnamələrin təqdim edilməsi;
Parlament üzvlərinin fəaliyyətində maraqlar toqquşması halları və bununla bağlı tənzimləmə və s. məsələlər müzakirə edilmişdir. Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər qrupunun (QRECO) dəyərləndirmə səfəri davam edir.

MDHP Mətbuat Xidməti
Bu xəbər oxucular tərəfindən 1023 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed