Şrift:
Macarıstanda səfərdə olan Azərbaycan Milli Məclisinin sədri bu ölkənin prezidenti ilə görüşüb
09.12.2011 [18:17] - Gündəm
Macarıstanda səfərdə olan Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov bu ölkənin prezidenti Pal Şmittlə görüşüb. Bu barədə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Azərbaycanın müstəqillik illərində - qısa zamanda böyük uğurlar əldə etdiyini vurğulayan Macarıstan prezidenti gələcəkdə Olimpiya oyunlarının Azərbaycanda keçirilməsini dəstəklədiyini vurğulayıb. Avropa Birliyinin qonşu dövlətlərlə əlaqələrindən söz açan Pal Şmitt Türkiyənin quruma üzv olmasına tərəfdar olduğunu söyləyib.

O. Əsədov isə Macarıstana səfərini yüksək qiymətləndirərək bu cür səfərlərin təcrübə və informasiya mübadiləsi baxımından əhəmiyyətli olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, müstəqil Azərbaycan Macarıstanla həyatın müxtəlif sahələrində əlaqələrin inkişafına böyük əhəmiyyət verir. Avropa strukturlarına inteqrasiya ölkənin xarici siyasətinin prioritet istiqamətlərindəndir.

Görüşdə parlamentlərarası əlaqələrin inkişafı, siyasi, iqtisadi, mədəni sahələrdə əməkdaşlığın dərinləşdirilməsi, regional münaqişələrin həlli yolları barədə fikir mübadiləsi aparılıb.
Bu xəbər oxucular tərəfindən 1000 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed