17.04.2014 [10:01] - Siyasət, Müsahibə
“Təxminən 15 ilə qədər bir vaxtda Təbrizdə konsulluq açmağımıza İran mane oldu”.
Bunu “Axar.az”a Prezident İlham Əliyevin və Müdafiə naziri Zakir Həsənovun İrana səfərini şərh edən ekspert Sədrəddin Soltan bildirib: “ İranda Azərbaycan türklərinin milli haqları təmin edilməyincə Tehranla Bakı arasında fundamental problemlərin həll ediləcəyinə inanmıram. Azərbaycan prezidentinin İrana səfəri, İrandan fərqli olaraq, ölkəmizin və ölkə başçısının qonşu dövlətə münasibətinin xoşniyyətli olduğunu göstərdi. Bununla da Azərbaycan hakimiyyəti öz qonşuları ilə isti münasibət qurmaqda maraqlı olduğunu göstərdi. Hesab edirəm ki, hökumətimiz əks tərəfdən də - yəni İran rəybərliyindən - eyni addımları gözləmək hüququ qazanıb. Amma inanmıram ki, İran Azərbaycana münasibətdə sona qədər səmimi olsun”. Ekspert ölkə prezidentinin səfərindən sonra Təbrizdə Azərbaycan dilində universitetin açılması və Xəzərin statusunun həll edilməsi ilə bağlı məsələlərin gündəmə gəlməsindən də danışdı: “Təbrizdə Azərbaycan dilində universitetin açılması ilə bağlı fikirlər bu qədim şəhərimizdə konsulluğumuzun açılması məsələsini xatırladır. Azərbaycan müstəqillik qazandıqdan sonra təxminən 15 ilə qədər bir vaxtda Təbrizdə konsulluq açmağımıza İran mane oldu. Hətta Eynulla Mədətli konsul təyin edildikdən bir müddət sonra da Tehranda səfirlikdə oturmağa məcbur oldu. İran uzun müddət onun Təbrizdə normal fəaliyyətinin təmin olunmasına imkan vermədi. Məhz bu baxımdan hesab edirəm ki, İran uzun zaman həmin məsələni danışıqlar predmetinə çevirəcək, ancaq razılıq verəcəyinə inanmıram. O ki qaldı Xəzər dənizinin statusuna, bu məsələ ilə bağlı əsas problem yaradan tərəf elə İran tərəfidir. Optimist (xoşbin) çıxışlarına rəğmən, bu problemin də tezliklə həll ediləcəyinə ümidim azdır. Çünki bu vaxta qədər əgər İran maneə yaradırdısa, indi Rusiya, Türkmənistan maneə yarada bilər. Məhz bu baxımdan Xəzərin hüquqi statusunun müəyyən edilməsi ilə bağlı məsələlərin yenə də uzanacağını düşünürəm”.
Xatırladaq ki, aprelin 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasına rəsmi səfərə gedib. Bir gün davam edən səfər çərçivəsində müxtəlif sahələrdə ikitərəfli sənədlər imzalanıb və ekspertlər bu səfəri İran-Azərbaycan münasibətlərinin yüksək mərhələyə keçməsinə imkan yaradan “tarixi səfər” kimi dəyərləndiriblər.

Bu xəbər oxucular tərəfindən 1258 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |