Şrift:
Müdafiə nazirinin əmrinə əsasən 19 aprel Cəmşid Naxçıvanski adına Hərbi Lisey Günü kimi qeyd ediləcək
18.04.2014 [11:52] - Gündəm, Hərb
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Heydər Əliyevin Cəmşid Naxçıvanski adına Hərbi Liseyin şəxsi heyəti ilə görüşdüyü və təhsil müəssisəsinə Bayraq təqdim etdiyi 19 aprel gününün tarixi əhəmiyyətini nəzərə alaraq həmin günün “Cəmşid Naxçıvanski adına Hərbi Lisey Günü” kimi qeyd edilməsi haqqında əmr imzalayıb.



Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, müdafiə nazirinin digər əmrinə əsasən Hərbi Liseyin ilk buraxılışının 40 illik yubileyinin keçirilməsi üçün Təşkilat Komitəsi yaradılıb, ildönümü ilə əlaqədar tədbirlər planı hazırlanıb və təsdiq edilib.
Bu xəbər oxucular tərəfindən 1257 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed