18.04.2014 [12:31] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Bu gün, 18.04.2014-cü ildə Milli Məclisin yığıncağı keçirilmişdir. Yığıncaqda Millət vəkili Fərəc Quliyev çıxış etdi
Fərəc Quliyevin çıxışının tam mətnini və audio yazısını təqdim edirik:
Sağ olun, cənab sədr!
Mən Hesablama Palatasının büdcə prosesinin təkmilləşdirilməsi ilə bağlı fəaliyyəti bölümü ilə tanış olduqda 2013-cü ildə palata tərəfindən Nazirlər Kabinetinə 16 təklif getdiyini müşahidə etdim . Bunlar təbii ki, dəyərli təkliflərdirlər amma təəssüf ki, indi burda Hesablama Palatasının rəhbəri də dedi ki, millət vəkillərinin də fikirləri nəzərə alınmışdır. Mən bu Parlamentdə çıxış eliyib Milli Məclisin ehtiyat fondu məsələsini qaldırmışdım, bir başqa formada başqa deputatlar da bu məsələyə toxunmuşdurlar.
Elə həmin bölümdə göstərilir ki, əlavə olaraq 44 milyon manatlıq vəsait ayrılmışdır ki, beynəlxalq təşkilatlarla görüşlər, səfərlər və s. ilə bağlı Azərbaycanın imici ilə bağlı işlər görülsün. Baxsaq o səfərlərin tərkibinə görərik ki, bu istiqamətdə ən böyük işləri Milli Məclis görüb.Deputatlar müəyyən yerlərə gedibdir, ən ciddi məsələləri Beynəlxalq təsisatlarda Milli Məclis üzvləri,nümayəndə heyyətləri qaldırıbdır. Biz burda məsələ qaldırdıq ki, Milli Məclisin vəsaiti ilə bu işləri görmək mümkün deyil. Bu vəsaitlə, Milli Məclis potensialının 10 faizini belə istifadə edə bilmir. Bəlkə bu mənim subyektiv fikrimdir, amma düşünürəm hər halda bu belədir.
Mən özüm bir neçə parlamentlərarası dostluq qrupunun tərkibindəyəm və görürəm ki, nə qonaqları qəbul etmək imkanı olur, nə səfərlərə getmək imkanı olur, nə konfranslar qurmaq olur. Əlbəttə Milli Məclis imkan daxilində bunların hamısını etməyə çalışır. Amma Milli Məclisin Ehtiyat Fondunun yaradılması çox mühim məsələdir. Milli Məclis bütün strukturlarla işləyir. Hesablama Palatası daxil olmaqla bütün icra orqanlarında faydalı çalışmaları üçün onlara lazim olan qanun bazası hazırlanır .Milli Məclis üzvlərinə isə bu yanaşma tətbiq edilmir.Deputatlar təvazökarlıq edirlər. Hələ mən Bakıdan bir dairədən seçilmiş deputatam. Bakıda belə xeyli çətinliklər var.Rayonlardan seçilən Millət vəkilləri daha şox əziyyət çəkirlər.Beynəlxalq arenada ,rayonlarda işləmək lazımdır. Bugün Azərbaycanın hər tərəfdən üzərinə düşübdürlər. Din pərdəsi altında,başqa maskalarda üzərimizə düşübdürlər. Bizə qonşu olan və bizi sevməyən dövlətlər üzərimizə düşübdürlər. Müəyyən işlər görürlər. Deputatlar cəmiyyətlə hakimiyyət orqanları arasında ən ciddi körpüdür. Onlara şərait yaratmaq lazımdır ki, yerlərə getsinlər, rayonlara getsinlər, insanlarla görüşsünlər. Allahşükür Paşazadə Dini rəhbərdir, yerlərə gedir, amma bizim özümüzündə getməyimiz lazımdır. Şərait yaratmaq lazımdır. Deputat adi bir avtomobillə belə təmin olunmayıbdır. İcra aparatlarında şöbə müdirlərinə avtomobillər verilir. Bəzən bunu deputatlar demirlər. Kim əgər başqa yerdə işləyirsə və əgər avtomobilə ehtiyacı yoxdursa imtina edə bilər. Milli Məclis bu və başqa istiqamətlərdə təmin olunmalıdır və mən bir daha məsələ qaldırıram ki, bu məsələ Milli Məclisin Ehtiyat Fondunun formalaşdırılması Nazirlər Kabineti tərəfindən nəzərə alınsın, həm də Hesablama Palatası bir daha bu məsələni ora 16-cı təkliflə birgə 17-cisi kimi qaldırsın ki, Milli Məclisin özünün ehtiyyat fondu yaradılsın. Bu çox mühim bir məsələdir.
İkinci məsələ olaraq -mən parlamentdə bir dəfə çıxış elədim və Azərbaycanda 98 markalı benzininin qiymətinin sərbəst buraxılması ilə bağlı fikir bildirdim. Bildirdim ki, o qiymətin sərbəst buraxılması normal hal deyil. Çünki açıq şəkildə yanacaqla bağlı qiymətin formalaşmasının mövcud mexanizmi qanunvericiliyə birbaşa ziddir.Qanunvericiliyə görə, kimin istehsal etməsindən asılı olmayaraq Azərbaycan ərazisində yanacağın qiymətini dövlət tənzimləyir. Mülkiyyət formasından asılı olmayaraq ölkə ərazisində fəaliyyət göstərən bütün hüquqi və fiziki şəxslər qanunvericiliklə qiymətləri dövlət tənzimləməsində olan məhsullara müvafiq tənzimlənən qiymətləri tətbiqiq ediblər. Bu qanundan çıxış edən Nazirlər Kabineti də 2005-ci ildə qiymətləri dövlət tərəfindən tənzimlənən malların siyahısını tərtib edibdir. 39 adda mal,iş,xidmət qrupu var orda və neft məhsulları da ora daxildir. Neft məhsullarının harda istehsal olunmasından asılı olmayaraq qiyməti tənzimlənməlidir. Bu azmış kimi son zamanlar 95 markalı benzinin də artıq başqa ad qoyaraqdan qiyməti, tarif şurasında baxılmadan qaldırılıb. Mən hesab edirəm ki, Hesablama Palatası bu məsələyə də münasibət bildirməlidir.
Təşəkkür edirəm.
MDHP Mətbuat Xidməti

Bu xəbər oxucular tərəfindən 1332 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |