Şrift:
Azərbaycan Müdafiə Nazirliyi Qazaxıstan müdafiə nazirinin səfəri ilə bağlı məlumat yayıb
18.04.2014 [14:57] - Gündəm, Türk dünyası-Turan
Qazaxıstanın Müdafiə naziri Serik Axmetovun Azərbaycana rəsmi səfəri planlaşdırılır. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səfər aprelin 21-də baş tutacaq.

Səfər proqramı çərçivəsində S.Axmetovun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan Müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə görüşü, Silahlı Qüvvələrin Hərbi Akademiyası və H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi ilə tanışlığı gözlənilir.

Səfər aprelin 22-dək davam edəcək.
Bu xəbər oxucular tərəfindən 663 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed