Şrift:
Bu gün Moskvada “Ədalətli seçkilər uğrunda” şüarı ilə mitinq keçiriləcək
10.12.2011 [12:43] - Xəbərlər
Bu gün Rusiya paytaxtında müxalifət qüvvələri “Ədalətli seçkilər uğrunda” şüarı ilə aksiya keçirməyə hazırlaşır. İctimai asayişin və təhlükəsizliyin təmin edilməsi məqsədilə paytaxt küçələrinə 50 mindən artıq polis və daxili qoşunların şəxsi heyəti çıxarılacaq. Moskva hökuməti bu gün yerli vaxtla 14.00-dan 18.00-dək Bolotnı meydanında 30 min nəfərin iştirakı ilə aksiya keçirməyə icazə verib. Meriya rəsmiləri mitinqdə 10 mindən artıq insanın iştirak edəcəyini güman etmədiklərini bildiriblər. Qeyd edək ki, bu gün “Ədalətli seçkilər uğrunda” şüarı ilə Rusiyanın onlarla şəhərində mitinqlər keçirilməsi planlaşdırılır. Artıq Vladivostokda analoji mitinq başa çatıb. Mitinqdə 500-ə yaxın şəxs iştirak edib.
Bu xəbər oxucular tərəfindən 1181 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed