21.04.2014 [11:02] - Gündəm, İdman
Azərbaycanın Gənclər və İdman Nazirliyi ermənilərin növbəti yalanını üzə çıxarıb
Azərbaycanın Gənclər və İdman Nazirliyi Gürcüstanın Batumi şəhərində keçirilən güləş üzrə turnirdə qondarma Dağlıq Qarabağ Respublikasının təmsilçilərinin iştirakı ilə yayılan məlumatı araşdırıb.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın APA-ya verdiyi məlumata görə, qurum tərəfindən aparılan araşdırma nəticəsində bu faktın həqiqətə uyğun olmadığı üzə çıxıb.
Azərbaycanın Gənclər və İdman Nazirliyi Gürcüstan tərəfi, o cümlədən yarışın təşkilatçıları ilə əlaqə yaradıb. Məlum olub ki, “DQR” komandası adı ilə yarışa qoşulmaq üçün müraciət olunsa da, qeydiyyata alınmayıb, elə bir komanda bu yarışda iştirak etməyib. Ona görə də bu xəbərlər Ermənistan tərəfinin yaydığı dezinformasiyadır.
Nazirlikdən onu da bildiriblər ki, ümumiyyətlə bu yarışda heç Azərbaycan güləşçiləri də iştirak etməyib.
Qeyd edək ki, Ermənistan mətbuatının dünən yaydığı məlumata görə, bu günlərdə Batumidə keçirilən güləş üzrə turnirdə Qazaxıstan, Gürcüstan, Azərbaycan, Türkiyə və Ermənistan idmançıları ilə yanaşı “DQR” təmsilçiləri də iştirak edib.
Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən isə APA – ya bildirilib ki, ümumiyyətlə sözügedən yarış Beynəlxalq Güləş Federasiyasının qeydiyyatında olmayıb və Azərbaycan yığmasından heç bir güləşçi bu yarışa qatılmayıb.

Bu xəbər oxucular tərəfindən 790 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |