Şrift:
Bakıda məcburi köçkünlərin məskunlaşdığı məktəbin həyətində tank əleyhinə minalar tapılıb
21.04.2014 [14:20] - Hadisə
Bakının Səbail rayonunda iki ədəd tank əleyhinə mina aşkar edilib.


Mina Səbail rayonu Əhəd Yaqubov küçəsində yerləşən 14 saylı Peşə Məktəbinin ərazisində tapılıb.



Söküntü işləri zamanı şübhəli əşya ilə qarşılaşan sakinlər Fövqəladə Hallar Nazirliyinə məlumat veriblər.



FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin mütəxəssisləri zəruri tədbirlərin görülməsi üçün dərhal hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Xilasedicilər ərazidə lazımi təhlükəsizlik tədbirləri görüblər. Nazirliyin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə aşkarlanmış sursata baxış keçiriblər.



Müəyyən olunub ki, bunlar təlim məqsədilə istifadə edilən iki ədəd tank əleyhinə “TM-62” markalı mina və iki ədəd mina partladıcısıdır.



Əraziyə baxış keçirilib, digər şübhəli əşya aşkar edilməyib.



Qeyd edək ki, Peşə Məktəbi hazırda fəaliyyət göstərmir, orada məcburi köçkünlər məskunlaşıb
Bu xəbər oxucular tərəfindən 660 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed