10.12.2011 [13:16] - Gündəm
Bu maraqlı təbiət hadisəsi Azərbaycan ərazisindən aydın şəkildə müşahidə olunacaq
Bu gün saat 18.31 dəqiqədə tam ay tutulması baş verəcək. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasınınm direktoru Əyyub Quliyev məlumat verib. Onun sözlərinə görə, həmin vaxt Yer Ayla Günəşin arasında olacaq və Yerdən keçən kölgə Ayın üzərinə düşəcək.
Ə. Quliyev deyib ki, Ay tutulması adətən ildə iki-üç dəfə müşahidə olunur: “Bu, çox maraqlı təbiət hadisəsidir. Tam Ay tutulması Azərbaycandan da aydın müşahidə ediləcək”. Rəsədxana direktoru tam ay tutulmasının insanların sağlamlığına və əhval-ruhiyyəsinə heç bir təsir göstərmədiyini bildirib.

Bu xəbər oxucular tərəfindən 1044 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |