Şrift:
Moskvada Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin konfransı başlayıb
22.04.2014 [10:45] - Gündəm, Siyasət
Toplantıda Azərbaycanı xarici işlər naziri Elmar Məmmmədyarov təmsil edir


Rusiya paytaxtında Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin konfransı başlayıb.Beynəlxalq Ticarət Mərkəzində keçirilən konfransda Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Qazaxıstanın xarici işlər naziri Erlan İdrisov, Türkmənistanın xarici işlər naziri Rəşid Meredov və İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif iştirak edirlər.



Nazirlərin görüşündə bu ilin payızında Həştərxanda keçiriləcək Xəzər sammitinin gündəliyi, proqramı və yekun sənədləri müzakirə olunacaq. 2010-cu ildə Bakıda keçirilmiş sammitin qərarlarının yerinə yetirilməsi üzrə ekspertlər səviyyəsində görülən işlər təhlil ediləcək. Bunlar müasir tələblərə cavab verən yeni hüquqi statusun işlənib hazırlanması, təhlükəsizlik sahəsi və ümumi təhdidlərə qarşı mübarizə, ətraf mühitin mühafizəsi, bioehtiyatların qorunması və rasional istifadəsi, fövqəladə hallar barədə xəbərdarlıq və onların nəticələrinin aradan qaldırılması məsələləridir.



Qeyd edək ki, tədbir çərçivəsində Elmar Məmmədyarovun çıxışı və ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulub.
Bu xəbər oxucular tərəfindən 987 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed