22.04.2014 [16:15] - Güney Azərbaycan xəbərləri, Siyasət
İran ordusu Quru Qüvvələrinin komandanı Əhmədrza Purdəstan aprelin 20-də xarici ölkələrin hərbi attaşeləri ilə görüşərək 5+1 qrupu (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və Almaniya) ilə aparılan nüvə danışıqlarına toxunub.
Əhmədrza Purdəstan 5+1 qrupunu təhdid edib: “Əgər 5+1 qrupu nüvə müzakirələrində verdiyi vədlərə əməl etməsə, İran İslam Respublikası nüvə danışıqlarının davam etdirilməsinə israr etməyəcək və ən qısa zamanda digər nüvə texnologiyalarını əldə edəcək. Bizim hərbi qüvvələrimiz ölkədə istehsal edilən yeni silahlarla da hər hansı xarici hücumun qarşısını almağa qadirdir. Bizim nüvə silahından istifadə etməyə ehtiyacımız yoxdur”.
Qərblə İranın nüvə danışıqları ötən il noyabrın 24-də razılaşma ilə başa çatıb. 5+1 qrupu (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və Almaniya), eləcə də Avropa Birliyi rəsmiləri ilə razılaşmasına əsasən, Tehran 6 ay ərzində bəzi nüvə təsisatlarında işləri məhdudlaşdırmalı, obyektlərə Beynəlxalq Atom Enerjisi Agentliyi təmsilçilərinin gündəlik girişinə icazə verməli, Ərak reaktorunun fəaliyyətini dayandırmalı, 20 faiz dərəcəsində zənginləşdirilmiş 200 kiloqram uranı məhv etməlidir.
Öhdəliklərə əməl olunsa, 6 aydan sonra İrana beynəlxalq iqtisadi sanksiyalar aradan qaldırılmalı və daha uzunmüddətli razılaşma imzalanmalıdır.

Bu xəbər oxucular tərəfindən 711 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |