22.04.2014 [17:32] - Gündəm, Özəl xəbər, Fərəc Quliyev
Aydın Mirzəzadə: "Bu layihələrdə iştirak edən insanlar üçün vətənpərvərlik, milli dövlətçilik anlayışı yoxdur"
Fərəc Quliyev: "Bu gün hər hansı bir QHT, vətəndaş, siyasi partiya erməni təşkilatları ilə hansısa bir əlaqə saxlayırsa, bu, Vətənə xəyanətdən başqa bir şey deyil"
Azərbaycanda bir sıra qeyri-hökumət təşkilatları var ki, ermənilərlə sıx əməkdaşlıq edirlər və bunu gizlətməkdən belə çəkinmirlər. Onlar beynəlxalq təşkilatların həyata keçirdikləri müxtəlif layihələrdə erməni QHT-ləri ilə birgə fəaliyyət göstərir.
Məsələn, Sülh və Demokratiya İnstitutu Ermənistan QHT-ləri ilə birgə çoxsaylı lahihələrin fəal iştirakçısı olub, yenə də həmin siyasəti davam etdirir. Belə təşkilatların həmin hərəkəti Azərbaycanda kəskin narazılıqla qarşılanır. Çünki Sülh və Demokratiya İnstitu kimi təşkilatlar həmin addımları ilə bir sıra hallarda müəyyən layihələr fonunda ermənilərin maraqlarına cavab verən prosesin iştirakçısı olurlar. Amma nə edəsən ki, bir sıra ölkə QHT-ləri dəfələrlə tənqid olunmalarına rəğmən yenə də sözügedən prosesdən əl çəkmir.
Millət vəkili Aydın Mirzəzadə bildirdi ki, belə hallar işğal faktorunun unudulması kimi təhlükələri yaradır: "Bilirsiniz, Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini işğalda saxladığı bir dövrdə ölkəmizdə müəyyən qrup insanların, o cümlədən qeyri-hökumət təşkilatlarının həmin dövlətlə sıx əlaqələr saxlaması cəmiyyətimiz üçün heç də yaxşı nəsə vəd etmir. Belə əlaqələr olanda Ermənistanın işğal faktı unudulmağa, Rusiyadan asılı bu ölkə əsgərinin Azərbaycan torpağında olmasına göz yumulmağa çalışılır. Həmçinin, işğala son qoyulmadan Ermənistanla sıx əlaqələr yaradılması təbliğ edilir. Aydın məsələdir ki, bir çox hallarda erməni təşkilatları ilə əməkdaşlıq edən bəzi Azərbaycan QHT-ləri bunu öz xoşları ilə etmir. Xaricdən verilən müəyyən qrantlar məhz Azərbaycan və Ermənistan QHT-lərini birgə əməkdaşlıq etməyə sövq edir. Hansı ki, həmin qrantlar da heç də az məbləğ deyil, kifayət qədər böyük məbləğdir. Bunun vasitəsilə guya birgə layihələr həyata keçirirlər. Əslində isə, söhbət Azərbaycanda Ermənistana qarşı bir məhəbbət yaratmaqdan, işğal faktorunu ikinci cərgəyə keçirməkdən və torpaqlarımızın işğaldan azad olunmasını yubatmaqdan ibarətdir. Bu layihələrdə iştirak edən insanlar üçün vətənpərvərlik, milli dövlətçilik anlayışı yoxdur. Onlar üçün ən önəmlisi aldığı qrantlar, verilən tapşırıqların yerinə yetirilməsidir. Bunun da nə cür olduğunu yaxşı görürük".
Millət vəkili Fərəc Quliyev də bəzi Azərbaycan QHT-lərin erməni təşkilatları ilə birgə əməkdaşlığını Vətənə xəyanət adlandırdı: "Elə məsələlər var ki, orada iqtidar, müxalifət münasibətləri olmur, vətəndaş münasibətləri olmalıdır. Hətta, Konstitusiyada nəzərdə tutulub ki, dövlətin müqavimət göstərməyə imkanı olmasa, hər bir vətəndaş müstəqillik, süverenlik uğrunda mübarizə aparmaq haqqına malikdir. Bu gün hər hansı bir QHT, hər hansı vətəndaş, hər hansı siyasi partiya erməni təşkilatları ilə hansısa bir əlaqə saxlayırsa, bu, Vətənə xəyanətdən başqa bir şey deyil. Düşmənlə nə əlaqə saxlamaq, onlarla nə əməkdaşlıq etmək olar? Biz qonşularımızı özümüz seçmirik, bunu bizə Allah verib. Amma heç kimlə düşmən olmaq istəməmişik. Azərbaycan sıfır problemli qonşuluq siyasəti yürüdür. Nə vaxt ermənilər ölkəmizdən çəkilər, Dağlıq Qarabağı azad edərək, işğal olunmuş torpağımızdan çıxar, yalnız bundan sonra bərabər səviyyədə danışmaq və əməkdaşlıq haqqında düşünmək olar. İndiki halda isə belə bir əməkdaşlıq tamamilə qəbulolunmaz haldır".
Rüfət NADIROĞLU mövqe.az saytı

Bu xəbər oxucular tərəfindən 1115 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |