Şrift:
Yaponiyadan Çinə müharibə anonsu!
23.04.2014 [09:45] - Hərb
Yaponiya 40 il sonra hərbi parad keçirib. Yaponiya Müdafiə naziri hərbi paradda çıxışı zamanı önəmli açıqlamalar da verib.
Son zamanlar Çin ilə mübahisəli adalar məsələsində gərginlik yaşayan Yaponiyanın bu addımı diqqətləri çəkib. Müdafiə naziri Onodera da adalara yaxın ərazidə, Tayvana məxsus Yonaquni tropik adasında radar stansiyası inşa etməyə başladıqlarını, Çin ilə əlaqələrini çətinə salacaq bu addımlarının da davamının olacağını bildirib.
Nazir qeyd edib ki, ərazisi 150 km olacaq stansiyanın tikməkdə məqsədlərinin Yaponiyanın parçası olan adalara nəzarət etməkdir.
Stansiyanın tikintisinin başa çatdırılmasından sonra bölgədə Çinə məxsus təyyarələrə, gəmilərə nəzarət etmək tamamilə mümkün olacaq. Mütəxəssislər həmçinin bildirirlər ki, stansiyanın köməkliyi ilə raket hücumlarını əvvəlcədən müəyyənləşşdirmək olacaq.
Qeyd edək ki, Yaponiya sonuncu dəfə 1972-ci ildə hərbi parad keçirmişdi.
Bu xəbər oxucular tərəfindən 751 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed