10.12.2011 [14:30] - Gündəm
“Biz həmişə İslam Əməkdaşlıq Təşkilatında Ermənistanı, yaxud Dağlıq Qarabağı ittiham edən qərarın qəbuluna qarşı çıxmışıq”.
Bu fikirləri Livan prezidenti Mişel Süleyman Ermənistan paytaxtında keçirdiyi mətbuat konfransında bildirib. Livan prezidenti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələnin müntəzəm olaraq İƏT-in gündəliyinə daxil edildiyini bildirib: “Həqiqətən bu məsələ İslam Əməkdaşlıq Təşkilatının gündəliyinə daxil edilir. Livanın bu məsələdə mövqeyi belədir – biz həmişə bu təşkilatın Ermənistanı, yaxud Dağlıq Qarabağı ittiham edən qərar qəbul zidd çıxmışıq. Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları əsasında, özünüidarəetmə hüququnun verilməsi ilə nizamlanmalıdır. İstəyirik ki, supergüclər Dağlıq Qarabağ, Fələstinin və digər oxşar münaqişələrin nizamlanması üçün səylərini əsirgəməsin və dünyada sülh və əmin-amanlıq hökm sürsün”.
Qeyd edək ki, Livan prezidenti Ermənistanda rəsmi səfərdədir. O, rəsmi görüşlərdən əvvəl qondarma “erməni soyrıqımı qurbanları”nın abidəsini ziyarət edib. Mişel Süleyman İrəvanda keçirdiyi görüşlərdə Ermənistan iqtisadiyyatına qoyulmuş Livan sərmayəsinin həcminin artırılacağını bəyan edib.

Bu xəbər oxucular tərəfindən 1084 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |