23.04.2014 [10:44] - Güney Azərbaycan xəbərləri, DAVAMın yazıları
Elman Cəfərli: "Bunun səbəbi siyasi yetkinliyin aşağı olması, insanlarımızın nəfsinə hakim ola bilməməsidir"
Teymur Eminbəyli: "Bu təşkilatların yaranması qəfildən, hazırlıqsız və proqramsız baş verir"
Güney Azərbaycanla bağlı yaranmış təşkilatlar ənənəvi olaraq qıma müddətdən sonra parçalanırlar, ən azı ziddiyyətlərlə yadda qalırlar. Təbii ki, bu da ümumi prosesə mane olan amillərdəndir və arzuolunan deyil. "Sürgündə Güney Azərbaycan Parlamentinin yaradılmasından sonra da analoji problemin şahidi olduq.
Məlum olduqu kimi, 15 Mart 2014-cü ildə Danimarkanın paytaxtı Kopenhagen şəhərində bir qrup Güney Azərbaycan fəalı bir araya gələrək, "Sürgündə Güney Azərbaycan Parlamenti"nin yaradılmasına təşəbüs göstəriblər. Amma bundan sonra bu məsələ ilə bağlı müxtəlif narazılıqlar səslənməyə başlayıb.
Milli Dirçəliş Hərəkatı Partiyası Güney Azərbaycan Departamenti bu təşəbbüsün müsbət yönləriylə yanaşı, səhv məqamları olduğunu da vurğulayıb: "Nüfuzu 40 milyonu ötən bir xalqın adından tələm tələsik və demək olar ki, bir çox Güney Azərbaycan qurum və quruluşların, xaricdə və daxildə olan milli hərəkat fəallarının heç bir məlumatı olmadan və münasibətini öyrənmədən "Sürgündə Güney Azərbaycan Parlamenti" yaratmaq qərarına gəlmək bütün demokratik dəyərlərə tam ziddir. Bu günə qədər müxtəlif təşkilatlar və fərdlər tərəfindən belə bir parlamentin yaradılması dəfələrlə gündəmə gətirilib lakin, milli fəallar arasında həmrəyliyin olmaması bu təşəbüslərin gerçəkləşməsinə imkan verməyib. Ancaq, bu gün bölgədə gedən proseslər, Güney Azərbaycanda milli oyanışın tam yetkinliyi beynəlxalq arenada Güney Azərbaycan məsləsinin dağınıq formada yox, bütün Güney təşkilatlarının koalisiyon formatında gündəmə gətirilməsi zərurətini yaradır.
Biz hesab edirik ki, nəzərdə tutulan parlament o zaman həqiqi mənada öz adını doğruda bilər ki, həmin parlament təşkil edilmədən öncə, Güney Azərbaycanla ilgili bütün qurum və quruluşlar bir araya gələrək Sürgündə Güney Azərbaycan Parlamentinin yaranması ilə əlaqədar öz təklif və proqramlarını təqdim etməli və bütün təkliflər ciddi formada müzakirə olunmalıdır...".
Mühacirətdə yaşayan güneyli siyasi fəal İşıq Sönməz də bildirib ki, hakimiyyət və dövlətçiliyi bir ağac hesab etsək, parlament da bu ağacın əsas qollarından biri sayılır: "Buna görə də Güney Azərbaycan Parlamenti ifadəsi ortaya qoyularkən Güney Azərbaycan Dövlətçilik məsələsi ortaya çıxır. Güney Azərbaycan torpaqları bu gün fars istismarçılığına məruz qalıb. Orda Azərbaycan dili və mədəniyyəti əsasında hakimiyyət qurmaq imkanı yoxdur. Eləcə də oradakı türk xalqının bu təşkilata seçimlər aparmasına, onların xaricə gəlməsinə imkan verilmir. Buna görə də dünya ictimaiyyəti bu qurumu xalq iradəsi olmadığı üçün hüquqi baxımdan qanunverici orqan kimi tanımaz. Ən yaxşı halda bu qurum xaricdə Güney Azərbaycanın siyasi təşkilatları və şəxslərindən təşkil olunmuş siyasi qurum sayılacaq. Beləliklə Güney Azərbaycan Mühacir Parlamenti 2014-cü ilin 15 martında ortaya çıxıb. Bunun necə bir təşkilat olub-olmadığı isə hələlik bəlli deyil. Məlumatlara görə bu ilin mayında Güney Azərbaycanın siyasi təşkilatları bir araya gələrək bu qurumu rəsmən yaradacaqlar. Lakin buna baxmayaraq, keçmişdə Milli Qurultay adı yerinə Dünya Azərbaycanlıları Konqresi və Güney Azərbaycanlılar Konqresi deyildiyi üçün yeni qurulan bu təşkilatın adı Güney Azərbaycan Mühacirlər Qurultayı olsa daha düzgün olardı".
Güney təşkilatlarında parçalanmalara gəlicə isə o, deyib ki, "Azəriha" adlı paniranist və faşist qruplara bağlı axınlar da Güney Azərbaycan milli fəallarının bir araya gəlməsində narahatlıq keçirirlər: "Onlar təxribat xarakterli yazılar yazaraq Azərbaycan milli hərəkatını şantaj etməklə məşğuldur. Bunu başa düşmək çətin deyil".
Onun fikrincə, Azərbaycan türkləri bir millət sayılmalarına baxmayaraq Rusiya və İran arasında tarixi savaşlar istər hüquqi, istərsə də faktiki olaraq Azərbaycan türklərini bölünmüş bir millət edib: "Bu ikiyə bölünmüş millətin övladları fərqli siyasi hakimiyyətlərə tabe olduqları üçün fərqli zamanlarda fərqli hərəkətlər etməyi özlərinə daha uyğun bilirlər. Hesab edirəm ki, Quzey azərbaycanlıların Güney Azərbaycan Parlamentində təmsil olunmaq istəyi Quzey Azərbaycanda iqtidar və müxalifət arasındakı anlaşılmazlığı, bura da gətirəcək və bu da Güney Azərbaycan təşkilatlarının dağılmasına səbəb olacaq şərait yaracaq. Keçmişdə DAK adlı təşkilatda baş verən xoşagəlməz olaylar buna misaldır".
ABŞ-da fəaliyyət göstərən Azərbaycan Milli Dirəniş Təşkilatının (AMDT) katibi Davud Turan isə deyib ki, Güney Azərbaycan müasir tarixində təşkilatçılıq proseslərinə baxanda milli hərəkatdan bəhs edilib, lakin hədəflər heç də həmişə bəlli olmayıb: "Bu üzdən təşkilatların mənimsədikləri adlar da ümumi olub, konkret olmayıb. Hazırda güney təşkilatları və qruplarının mahiyyət və fəaliyyətləri arasında fərqləri görmək üçün onları üç kateqoriyaya bölmək olar: Federalist qruplar, Güney Azərbaycanın müstəqilliyi üçün mübarizə aparanlar və Azərbaycana İran içərisində muxtariyyat tələb edənlər. Azərbaycan Milli Dirəniş Təşkilatı öz hədəfini Güney Azərbaycan türklərinin öz müqəddəratını təyin etmə haqqına nail olmaq şəklində müəyyən edib". Davud Turan fərqli düşüncələrə sahib olan insanları cəlb etmək və toplum içində genişlənmək baxımından təşkilatların uğursuz olmasının səbəbləri ilə bağlı öz fikirlərini paylaşıb. Onun dediklərinə görə, Güney Azərbaycan təşkilatlarının siyasi təcrübələrinin az olması və media gücünə sahib olmadıqları üçün toplumun muxtəlif təbəqələri ilə əlaqə qurmaqda çətinlik çəkirlər.
O, tənqidin siyasi hərəkatlarda önəmli rol oynadığını vurğulayıb: "Tənqid varsa, demək ki hərəkət var. Tənqid aktivliyə yol açar və biz millih hərəkat olaraq o tənqidlərlə böyüyərik".
Güney Azərbaycan üzrə ekspert Elman Cəfərli isə "Güney Azərbaycanla bağlı yaranan təşkilatların tez iflasa uğramasını İran adlanan dövlətin təxribatları nəticəsi hesab edirəm", - deyə bildirib: "İran dövləti boş dayanmır, Bakıda xüsusi emisarlar saxlayır, xomeyniçi cameə formalaşdırır, elm və təhsil müəssisələrinə yol tapır, paniranist mövqedən çıxış edən tarxiçi, filoloq, kulturoloq, politoloqların yetişməsinə çalışır. Güneylə bağlı təşkilatların tez iflasa uğramasının bir səbəbi də siyasi yetkinliyin aşağı olması, insanlarımızın nəfsinə hakim ola bilməməsidir. Kənardan edilən maddi şirnikləndirici təkliflər insanlarımız yoldan çıxarır. BAB-dan, GAMOH-dan istefaların kökündə bu dayanırdı. İndi Güneylə bağlı Bütöv Azərbaycan Ocaqları fəaliyyət göstərir. 3 dəfə tədbirlərində mən də iştirak etmişəm. Orda İranın bədnam Səhər televiziyasında redaktor işləmiş bir gözəl oğlan da tez-tez çıxış edir. Dostlara dedim ki, bu adam bəlkə də yaxşı oğlan, yaraşıqlı, pozitiv insan ola bilər. Amma düşüncələri və çıxışındakı tezislər zərərlidir. Dedilər ki, o bizə iclas keçirməyə zal verir, elə demə. Bu cür adamlar Güney işinə zərbə vururlar, siqnal gələndə də pozuculuğa başlayırlar. Gör 50 milyonluq xalq nə günə qalıb ki, İran uşaqlarının verdiyi zalda Güney toplantısı keçiririk".
Stokholmda fəaliyyət göstərən Bütöv Azərbaycan Təşkilatının sədri Teymur Eminbəyli isə vurğuladı ki, bu təşkilatların yaranması qəfildən, hazırlıqsız və proqramsız baş verir və ona görə də tez bir zamanda sıradan çıxır. İkinci bir səbəb isə təşkilatın yaranmasında iştirak edən şəxslərin çoxunun qeyri səmimiliyindən irəli gəlir. Bəziləri nə yaranırsa yaransın orada olmaq istəyir və olmağının səbəbi də parçalanma yaratmaqdan, kimlərəsə çamur atmaqdan və cəsusluq etməkdən ibarət olur. Belə təşkilatlar yarandığı kimi də məhv olub gedir. Güney Azərbaycan parlamentinin yaradıcılarından biri olan Firidun Pərvizniyanın gizlin telefon danışığını yayımlayıblar. Dediklərimin sübutu olaraq bu kimi şəxslərin təşkilatların yaradılmasındakı fəaliyyətləri açıqca görünür".
Əli

Bu xəbər oxucular tərəfindən 1335 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |