Şrift:
Əliağa Şıxlınskinin məzarı üstündə abidəsi qoyulacaq
24.04.2014 [08:27] - Gündəm, Hərb
Azərbaycan Demokratik Cümhuriyyəti hərbi nazirinin müavini olmuş, artilleriya generalı Əliağa Şıxlınskinin məzarı üstündə abidəsi qoyulacaq.Bu barədəMüdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani məlumat verib.
A. Qurbaninin sözlərinə görə, gələn il general Ə. Şıxlınskinin anadan olmasının 150 illik yubileyi qeyd olunacaq. Bu yubileylə əlaqədar olaraq, generalın Yasamal qəbiristanlığındakı məzarının abadlaşdırılması və üzərində abidəsinin qoyulması planlaşdırılır.O, 150 illik yubiley münasibəti ilə Müdafiə Nazirliyi tərəfindən bir sıra tədbirlərin planlaşdırıldığını vurğulayıb.Qeyd edək ki, Əliağa Şıxlinski 1865-ci il martın 3-də Yelizavetpol quberniyasının Qazax qəzasının Qazaxlı (indiki Aşağı Salahlı) kəndində anadan olub. 1883-cü ildə rus ordusunda hərbi xidmətə başlayan Şıxlinski 1904-1905-ci illər rus-yapon müharibəsində batareya komandiri kimi vuruşub. Ə. Şıxlınski 1918-ci ilin iyun ayında Gəncədə Azərbaycan Demokratik Cümhuriyyətinin ilk alayını yaradıb. 1918-ci ilin dekabr ayında isə hərbi nazirin müavini təyin edilib. O, 18 avqust 1943-cü ildə Bakıda vəfat edib.
Bu xəbər oxucular tərəfindən 728 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed