25.04.2014 [11:12] - Gündəm, Gənclik
24 aprel Bütöv Azərbaycan Gənclər Günü ilə bağlı Bütöv Azərbaycan Ocaqlarının Gənclər Təşkilatının təşəbbüsü ilə Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) qərargahında tədbir keçirildi. Tədbirdə Bütöv Azərbaycan Ocaqları Gənclər Təşkilatının idarə heyəti və üzvləri ilə yanaşı Milliyyətçi Gənclər Təşkilatının İdarə Heyətinin üzvləri, Vətəndaş Həmrəyliyi Partiyasının Gənclər Təşkilatının üzvləri, Klassik Xalq Cəbhəsi Partiyasının Gənclər Təşkilatının üzvləri, Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin idarə heyətinin üzvləri, Milli Dirçəliş Hərəkatı Partiyasının Güney Azərbaycan Departamentinin rəhbəri Əlirza Amanbəyli, KXCP sədrinin müavini Xəzər Teyyublu və digər qonaqlar iştirak edirdilər. Tədbiri giriş sözü ilə BAOGT-nin mətbuat katibi Tural İsabəyli açdı. Sonra BAOGT-nin sədri Zəka Sahib, KXCPGT-nin sədri Ceyhun Nəbiyev, MGT İdarə Heyətinin üzvü İlkin Bozqurd, VHPGT-nin üzvü Eldar Hacıyev, BAOGT-nin təşkilatı işlər üzrə müavini Fuad Abdullayev, BAOGT-nin üzvü Elşən İsmayılov, Əlirza Amanbəyli, Xəzər Teyyublu çıxış etdilər. Ümumilikdə görüş əsnasında Bütöv Azərbaycan gənclərinin milli fəallığının hazırkı durumu, gələcək fəaliyyətin istiqamətləri, mövcud fikirayrılıqları, ən əsası o taylı, bu taylı xalqımız qarşısında üzərimizə düşən vəzifələr müzakirə olundu. Sonda Güney Azərbaycanlı milli fəalların kütləvi həbsinə, zindandakı ağır durumlarına etiraz bəyanatının qəbul edilməsi qərara alındı. Tədbirdən sonra gənclər Fəxri Xiyabanda Əbülfəz Elçibəyin məzarını, Türk Şəhidliyini və Şəhidlər Xiyabanını ziyarət etdilər.
Mənbə: BAOGT-nin İnformasiya Xidməti
Mənbə: BAOGT-nin İnformasiya Xidməti
Bu xəbər oxucular tərəfindən 2098 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |