25.04.2014 [12:30] - Gündəm, Siyasət
Güman ki, Ukraynadan sonra Putin Dağlıq Qarabağ və Latviya ilə məşğul olmağa başlayacaq.
Bunu “Azadlıq Radiosu”na açıqlamasında rusiyalı politoloq Stanislav Belkovski deyib.
Onun fikrincə, Ukraynadan sonra Rusiya prezidentinin vəzifəsi Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımaq olacaq: “Bununla da Putin ABŞ, Kanada və Fransadakı erməni diasporunun dəstəyini qazanmış olacaq”.
S.Belkovski Moskvanın Baltikyanı respublikalarla bağlı planından da danışıb. Putinin Latviyada Rusiya meyilli qüvvələrin hakimiyyətə gətirə biləcəyini ehtimal edən politoloq bu addımla Kremlin həmin regionda dayaq əldə edəcəyini qeyd edib.
Bununla belə S.Belkovski Putinin eyni ssenarini Estoniya və Litvada gerçəkləşdirə bilməyəcəyini vurğulayıb: “Düşünürəm ki, NATO ölkələrinin ərazisində Putin Ukraynada kimi hərəkət edə bilməyəcək”.

Bu xəbər oxucular tərəfindən 691 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |