10.12.2011 [21:20] - Xəbərlər
Bu gün Azərbaycan Respublikası nəyin ki regionda, bütün dünyada nüfuza malikdir”. APA-nın Stokholma ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, bunu Dünya Azərbaycanlıları Konqresinin Birlik Qurultayına hazırlıq təşkilat komitəsinin İsveçin paytaxtı Stokholm şəhərində keçirdiyi “21 Azər ərəfəsində Milli Birliyə doğru” adlı konfransda Azərbaycan Prezident Administrasiyasının sektor müdiri Qafar Əliyev bildirib. Onun sözlərinə görə, Azərbaycanın regionda yürütdüyü düzgün iqtisadi-siyasət nəticəsində liderə çevrilib. Azərbaycan qonşuları ilə normal münasibətlər saxlayır. Dövlətimiz azərbaycançılıq ideyasının formalaşmasında əlindən gələni edir. Hər zaman Cənubi Azərbaycandan olan soydaşlarımızın yanındadır. Bu gün Azərbaycan televiziyaları Təbrizə kimi yayımlanır. Milli inkişaf prosesi artıq sürətlə irəli gedir”.
Q. Əliyev Qarabağ münaqişəsinin tənzimləməsi prosesində İran dövlətindən kömək gözlədikləri halda əvəzində təzyiq və hədələr gördüklərini söyləyib: “İran da Ermənistan kimi bizim inkişafımızdan qorxur”.
Administrasiya rəsmisi DAK-ın xaricdə Azərbaycan diasporunun fəaliyyətində mühüm rol oynadığını söyləyib: “Dünya azərbaycanlıları birləşmədən Azərbaycanın ən böyük bəlası Dağlıq Qarabağ probleminin həlli çox çətin olacaq”.

Bu xəbər oxucular tərəfindən 986 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |