Şrift:
Jirinovski yenə Dağlıq Qarabağdan danışdı
26.04.2014 [09:50] - Gündəm, Siyasət
Dağlıq Qarabağ problemi digər münaqişələr kimi həll olunmayacaq.
Bunu Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski deyib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar heç bir nəticə verməyəcək.

“Bu münaqişənin sonu yoxdur. Azərbaycanın Ermənistanla Qarabağ münaqişəsi üzrə apardığı danışıqların heç bir müsbət nəticəsi olmayacaq. Dağlıq Qarabağ münaqişəsi Gürcüstandakı Abxaziya, Hindistanla Pakistan arasında olan Kəşmir, yəhudilərlə ərəblər arasında olan problem kimi öz həllini tapmayacaq. Ona görə də bu məsələ ilə BMT məşğul olsun. İki ölkə Qarabağı vermək istəmir. Hesab edirəm ki, rəsmi Moskva bölgənin Rusiyaya birləşdirilməsi haqda qərar verməlidir”, - deyə Vladimir Jirinovski bildirib.
Bu xəbər oxucular tərəfindən 683 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed