28.04.2014 [14:20] - DAVAMın yazıları
Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən 9 dekabr 1948-ci ildə qəbul olunan, 12 yanvar 1951-ci ildə qüvvəyə minən “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada soyqırımın hər hansı milli, etnik, irqi və ya dini qrupun qismən və ya bütövlükdə məhv edilməsi məqsədilə törədilən hərəkətlərdən ibarət olduğu aydın şəkildə göstərilib. Və bu sənədin əvvəlində “yalnız yəhudilər üçün”, “yalnız ermənilər üçün”, “yalnız filan millət üçün” deyə bir preampula yoxdur...
Əksər obyektiv qaynaqlarda ermənilərin 1915-ci ildə Anadolunun şərqindən köçürülməsi ilə bağlı qərarın həqiqi səbəbləri və bu proses zamanı həlak olan ermənilərin sayı dəqiq göstərilsə də beynəlxalq aləmin onəmli subyektlərinin çoxu riyakarcasına davranaraq 24 aprel tarixini sözügedən xalqın soyqırım günü olduğunu bəyan edərək, sözügedən məsələdən bu gün də siyasi təsir aləti kimi istifadə edirlər. Ancaq bu ədalət və demokratiya “mərkəzləri” 1905-ci ildən 1988-ci ilədək baş verənləri kənara qoysaq belə, son 25 ildə Ermənistanın Azərbaycanın Qarabağ və digər sərhədyanı regionlarında törətdiyi çoxsaylı sırf milli, dini xarakter daşıyan qətliamlarını nəinki soyqırım kimi tanıyır, hətta beynəlxalq hüququn normalarını kobud şəkildə pozaraq işğalçı və işğala məruz qalan arasında fərq qoymayacaq qədər laqeydlik nümayiş etdirirlər...
Qayıdaq yenə 1915-cil hadisələrinə....
Necə ola bilər ki, Osmanlı imperiyasının 6,5 milyon kv.km ərazisində yaşayan 1,3-1,6 milyon (fransız mənbələrinə görə) erməninin necə ola bilər ki, 1.5 milyonu yalnız Kiçik Asiya yarımadasının Şərq hissəsində qətlə yetirilsin?! Rusiya, ABŞ və Avropanın çoxsaylı ölkələrində 1924-cü ildən sonra əhali siyahısında erməni millətinə mənsub olduğunu qeyd edənlərin sayının birdən birə on minlərlə rəqəmlə ifadə olunmasını necə, hansısa möcüzənin nəticəsi saymaq olarmı?! Bu gün Türkiyədə "əslim ermənidir" deyən yüzminlərlə erməniləri necə hansı sosial, ictimai hadisənin məhsulu saymaya bilərik?! Bu ritorik sualların sayını yetərincə artırmaq mümkündür... Ancaq bu gün bir daha 1.5 mln. erməninin həlak edildiyinə dair bəyanat yayan ABŞ prezidenti B.Obama və Ağ Ev bunları bilmək istəməsə belə, Türkiyə rəhbərliyinin bu mövzuda son dərəcə həssas, uzaqgörən davranması və həqiqi tarixinə sahib çıxması lazımdı. Azərbaycan cəmiyyəti olaraq əksəriyyətin gözlədiyi budur...
Türkiyə arxivlərində saxlanılan sənədlərə görə (maraqlananlar Yusif
Halacoğlunun məqalələrinə baxa bilərlər) 1914-cü ildən etibarən 6 il ərzində erməni silahlı dəstələrinin qətlə yetirdikləri türk-müsəlman əhalini sayı 518.105 min nəfərdir. Bunun üzərinə 60-80 min arası indiki Ermənistan və Azərbaycan Respublikalarının ərazisində soyqırıma məruz qalan türk-müsəlman əhalini də əlavə etsək 600 minə yaxın insanın sırf etnik, dini kimliyinə görə qətlə yetirildiyi ortaya çıxar. "1915-ci il olaylarında qətlə yetirilən ermənilərin nəvələrinə" təziyyə mesajı verən qardaş Türkiyə Cümhuriyyətinin baş nazirini hakimiyyətə gəldiyi zamandan praqmatik siyasət izlədiyinə görə mövzu ayrı məsələ olsaydı bəlkə də hardasa başa düşmək olardı. Ancaq qardaş ölkənin bu düşüncədə olan rəhbər şəxsləri 2002-ci ildən ermənilərlə bağlı izlədikləri siyasətin müsbət nəticələrinə ümid bəsləməkdənsə, 1813-cü ildən etibarən Qafqazda bu əsilsiz və yurdsuz toplumla baş-başa yaşayan Azərbaycan türklərinin 200 illik tarixini öyrənsələr, daha doğru nəticələr əldə etmiş olarlar! Nə qədər ki, gec deyil...
Elməddin Behbud

Bu xəbər oxucular tərəfindən 827 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |