29.04.2014 [15:27] - Gündəm, Sosial
Səməd İslamov: "Bu günə qədər 674 razılaşma protokolu əldə olunub, 646 nəfərin isə bank hesabına vəsait köçürülüb"
Hadisə “Sovetskidə yaşayıram. Kompensasiya almaq üçün müvafiq komissiyaya müracət etdim. Lakin mənə dedilər ki, sənə yaşayış sahəsinin hər kvadrat metrinə görə 1500 manat deyil, 1000 manatdan hesablanıb veriləcək”.
Bunu ANS PRESS-ə Bakının Yasamal rayonu ərazisində “Sovetski”də Akademik Qarayev 85 ünvanında yaşayan Rəşid Hüseynov deyib.
Onun sözlərinə görə, ötən həftə “Sovetski” kimi tanınan ərazidəki sökülən evlərin sahiblərinə kompensasiya verilməsini müəyyən edən və bu işlərə nəzarət edən Yasamal rayon icra hakiminin müavini Səməd İslamova müraciət edib.
“Səməd İslamov mənə dedi ki, sənə kompensasiya yaşayış sahəsinin hər kvadrat metrinə görə 1500 manat hesablanıb verilməyəcək. 1000 manatdan hesablanacaq. Səbəbini soruşanda dedi ki, sənin yaşayış sahən digərlərinə nisbətən daha çoxdur”, deyə R.Hüseynov şikayət edib.
Məsələ ilə bağlı Səməd İslamovla əlaqə saxladıq.
O, bildirdi ki, “Sovetski” kimi tanınan ərazidəki sökülən evlərin sahiblərinə kompensasiya verilməsi dövlət tərəfindən necə müəyyən edilibsə, ümumi qayda necədirsə, elə də davam edir. Bu qaydalar hamıya şamil edilir və kompensasiya üçün müracət edənlərə ayrı-ayrı qiymətlər söylənilmir: “Komissiyada təkcə mən iştirak etmirəm. Kompensasiyanın ödəmə işlərinə, razılıq protokoluna nəzarət edən təşkilat, həm ölçü, həm də qiymətləndirmə işlərini aparan təşkilat və Maliyyə Nazirliyinin nəzarət təftiş idarəsinin rəisi iştirak edir. Onların hamısı razılaşma protokollarının imzalanmasında iştirak edir”.
Rəşid Hüseynovun şikayətinə gəlincə, Səməd İslamov bildirdi ki, şikayətçinin nəzərdə tutduğu ərazi ola bilsin ki, yaşayış sahəsi sayılmır.
“Ola bilsin ki, həyətdə anbar xarakterli yerdir və hündürlüyü 1.50, 1.60 metrdir. Yaşayış məqsədi ilə istifadə olunmur. Onlara verilən vəsait dövlət büdcəsindən verilir. Bizə hansı tapşırıq verilibsə, onu yerinə yetiririk. Hər kəsə 1500 manatdan hesablanır. Əgər mənzilə bitişik deyilsə, həyətdə yerləşirsə və yaşayış üçün istifadə olunmursa, anbar xarakteri daşıyırsa qiyməti 1000 manatdan hesablanır”, deyə S.İslamov bildirib.
Onun sözlərinə görə, bu günə qədər 674 razılaşma protokolu əldə olunub, 646 nəfərin isə bank hesabına vəsait köçürülüb. 56 mənzil isə sökülüb.

Bu xəbər oxucular tərəfindən 1490 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |