Şrift:
Ermənistanla Gürcüstan arasında gərginlik artır
24.09.2011 [20:11] - Gündəm
Ermənistanla Gürcüstan arasında gərginlik artır. SİA-nın xəbərinə görə, bunu “Aykakan Jamanak” qəzeti yazıb. Qəzetin yaydığı xəbərə əsasən münasibətlərin gərginləşməsinin ən pik nöqtəsi Ermənistanın 20 yaşının tamam olması yəni müstəqillik günü olub: “Belə ki, Türkiyə prezidenti Abdullah Gül Serj Sarkisyanı təbrik etsədə Gürcüstan prezidenti Mixail Saakaşvili təbrik məktubu göndərməyə qıymayıb.


İkinci isə Gürcüstanın sentyabrın 22-dən Rusiya qazının Ermənistana nəql edilməsini müvəqqəti olaraq dayandırmasıdır. Qazın nəqlinin dayandırılmasına səbəb boru xəttinə “Saquramo-Qırmızı Körpü” adlı, diametri 1000 mm olan yeni sahənin quraşdırılması işlərinin aparılması ortaya qoyuldu”.


Mətbu orqanı tərəflər arasında vəziyyətin gərginləşməsinin digər səbəb kimi uzun müddət Gürcüstanın Rusiyadan Ermənistana silah daşınması üçün icazə verməməsidir.
Bu xəbər oxucular tərəfindən 1124 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed