Şrift:
Bərdə və Goranboyda əlil və şəhid ailələrinə yeni mənzillər veriləcək
30.04.2014 [12:32] - Gündəm, Sosial
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) sifarişi ilə Bərdə rayonunda inşa olunan 4 mərtəbəli 36 mənzilli, Goranboy rayonunda isə 6 mərtəbəli 54 mənzilli yaşayış evlərinin tikintisi başa çatmaqdadır.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, müasir tələblərə uyğun inşa olunan yaşayış evlərinin ətrafında abadlıq və yaşıllaşdırma işləri aparılır, sakinlərin istirahəti üçün müvafiq şərait yaradılır.

Yaxın günlərdə binalardakı mənzillərin Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşların və şəhid ailələrinin istifadəsinə verilməsi nəzərdə tutulur.

Mənzillərin verilməsi ƏƏSMN-nin rəsmi internet saytında ictimaiyyətə açıqlanan növbəlilik əsasında həyata keçiriləcək.

Bu il Tərtər, Beyləqan, İmişli, Şamaxı rayonlarında da yeni çoxmənzilli yaşayış evlərinin əlil və şəhid ailələrinin istifadəsinə verilməsi nəzərdə tutulur
Bu xəbər oxucular tərəfindən 834 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed