01.05.2014 [11:14] - İdman
Qadın voleybolçular arasında klublararası dünya çempionatının bütün iştirakçılarının adı məlum olub. Apasport.az saytının məlumatına görə, Beynəlxalq Voleybol Federasiyası (FİVB) mayın 7-dən 11-dək İsveçrənin Sürix şəhərində keçiriləcək mundial üçün nəzərdə tutulan 2-ci “wild card”ı da Avropaya verməyib.
Beynəlxalq qurum Braziliyanın “Osasko” klubunun ardınca seçiminin Afrika üzərində edib. FİVB bu qitənin çempionu Əlcəzairin “Petroliers” komandasına mundialda iştirak hüququ verib.
Beləliklə, ümumilikdə 8-ci, İsveçrədə 2-ci dəfə keçiriləcək yarışda “Osasko” və “Petroliers”la yanaşı, Rusiya “Dinamo”su (Kazan, Avropa), Braziliya “Sesi”si (Cənubi Amerika), Yaponiya “Hisamitsu Springs”i (Asiya) və “Volero” (ev sahibi) mübarizə aparacaq.
Qeyd edək ki, az öncə mundialın sonuncu iştirakçısının Avropaya veriləcəyi gözlənilirdi. Hətta FİVB-nin güzəştli vəsiqəni ya Çempionlar Liqasının finalçısı “Vakıfbank”a, ya da bürünc mükafatçısı “Rabitə”yə verəcəyi bildirilirdi. Amma görünür, yarışda 2 “köhnə qitə” təmsilçisinin olması beynəlxalq qurumun seçiminə təsir edib.

Bu xəbər oxucular tərəfindən 814 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |