01.05.2014 [11:35] - Gündəm, Mədəniyyət
Aprelin 30-da M. F. Axundzadə adına Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə latış dilində çap olunmuş "Kitabi-Dədə Qorqud"un təqdimat mərasimi keçirilib.
Nazirlikdən verilən məlumata görə, mərasimdə Latviyanın keçmiş prezidenti Valdis Zatlers, Latviya səfiri Hardiys Baumanis və başqaları iştirak edib.
Kitabxananın direktoru Kərim Tahirov deyib ki, "Kitabi-Dədə Qorqud" dastanının latış dilində çap olunması ideyası xalq yazıçısı Elçin tərəfindən irəli sürülüb və nazirlik bu ideyanı dəstəkləyib.
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva "Kitabi-Dədə Qorqud"un latış dilinə tərcümə olunaraq nəşr edilməsini əlamətdar hadisə kimi dəyərləndirib: "Bu dastan özündə təkcə Azərbaycan xalqının deyil, bütün türk dünyasının möhtəşəm və əzəmətli tarixini yaşadır. Bu bədii söz xəzinəsi türk xalqlarının tarixi salnaməsi, həyat ensiklopediyasıdır. Dastanda soykökümüz olan oğuzların dünyagörüşü, həyat tərzi, adət və ənənələri, mənəvi dəyərləri bədii şəkildə öz əksini tapıb".
Tədbirdə çıxış edən Latviya Respublikasının sabiq prezidenti Valdis Zatlers, Latviya səfiri Hardiys Baumanis, professor Qəzənfər Paşayev, Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin sədri Tofiq Məlikli dastanın xarici dillərə tərcüməsinin ölkələr və xalqlar arasında körpü olduğunu, iki ölkənin mədəniyyətinin və tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.
Dastanın latış dilinə tərcüməçisi, şair Uldis Berzinş çıxış edərək kitabın ərsəyə gəlməsində köməyi olanlara təşəkkürünü bildirib.

Bu xəbər oxucular tərəfindən 1250 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |