01.05.2014 [11:49] - Gündəm, Sosial
Təhsil Nazirliyi cari tədris ilinin sonunda Azərbaycanda müəllimlərinin biliyinin yoxlanması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirilib. APA-nın xəbərinə görə, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyev bu gün keçirilən mətbuat konfransında bildirib ki, müəllimlərin attestasiyası və biliklərinin yoxlanması ilə bağlı müzakirələr aparılır və hələki yekun qərar qəbul edilməyib. Onun sözlərinə görə, bu tədris ilinin sonunda yalnız Bakı şəhərində fəaliyyət göstərən müəllimlərin diaqnostik yoxlaması aparıla bilər. İ.Nağıyev qeyd edib ki, bu yoxalmalar müəllimlərin iş prosesinə, gələcək fəaliyyətinə heç bir təsir göstərməyəcək. Sadəcə, diaqnostik yoxlamalar aparıla bilər ki, bu da onların sadəcə biliklərini müəyyənləşdirəcək.
Bu xəbər oxucular tərəfindən 788 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |