Şrift:
AZƏRBAYCAN RESPUBLİKASI, BAKI ŞƏHƏRİ, M. MƏMMƏDZADƏ 5/7 WWW.DAVAM.AZ xəbərlər portalına
02.05.2014 [10:14] - Xəbərlər, Diaspor
Salam, hörmətli Redaktor!

Azərbaycan Respublikasının sabiq prezidenti Əbülfəz Elçibəyin təxminən 22 il öncə - 1992-ci ilin iyun ayında Bakıda litvalı jurnalist Riçardas Lapaytisə verdiyi müsahibəni Litva dilindən tərcümə edib www.davam.az xəbərlər portalında çap edilmək üçün Sizə göndəririk.
Müsahibə Vilnüsdə Litvanın ən çoxsaylı qəzeti olaraq nəşr edilən “Lietuvos rytas” (“Litvanın səhəri”) adlı gündəliyin 1992-ci il 14 iyul tarixində çıxmış sayının 1-ci və 8-ci səhifələrində dərc olunmuşdur.
Qəzetin 1-ci səhifəsinin 2 variantda skan edilmiş surətini və Prezidentin iş otağında litvalı müəllifə müsahibə verən zaman çəkilmiş şəklini də illüstrasiya olaraq redaksiyanıza yollayıram.
Zənnimizcə, bu yazıda o dövrdə Azərbaycanda getmiş ictimai-siyasi proseslərə və baş tutmuş dramatik hadisələrə avropalı müəllif tərəfindən göstərilən diqqət və olayları mümkün qədər obyektiv işıqlandırmaq səyləri retrospektiv bucaq altında müəyyən əhəmiyyət kəsb edir. Eləcə də, düşünürük ki, prezident Ə. Elçibəyin müsahibədə toxunduğu bir sıra mühüm məsələlər indi də öz siyasi aktuallığını itirməmişdir. Odur ki, həm də bu baxımdan güman edirik ki, publikasiya www.davam.az portalının oxucuları üçün maraqlı ola bilər.
Göndərdiyimiz materiallara göstərdiyiniz diqqətə görə öncədən təşəkkürlərimizi bildiririk.

Sayğılarla və Sizə uğur arzularıyla,
Mahir HƏMZƏYEV

Litva Azərbaycanlıları Cəmiyyətinin sədri,
Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü

Telefon: +370 610 74094
E.-mail: mahir.hemzeyev@post.skynet.lt


Litva Respublikası, Vilnüs şəhəri
02 may 2014-cü il.
Bu xəbər oxucular tərəfindən 2076 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed