02.05.2014 [10:16] - Gündəm, İqtisadiyyat
Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının xarici işlər nazirinin iqtisadiyyat və mədəniyyət işləri üzrə müavini Yusif bin Tarrad əs-Sədan ilə görüşüb.
İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə Ş. Mustafayev Azərbaycan və Səudiyyə Ərəbistanı arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əməkdaşlığın uğurla davam etdiyini, əlaqələrin genişlənməsində qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb, ölkələr arasında iqtisadi əlaqələrin inkişafında Müştərək Komissiyanın səmərəli fəaliyyətini qeyd edib.
Görüşdə iki ölkə arasında ticarət dövriyyəsinin artırılması üçün geniş imkanların olduğu, keçirilən görüşlərin və biznes forumların iqtisadi-ticarət əlaqələrin inkişafına töhfə verəcəyi qeyd edilib.
Yusif bin Tarrad əs-Sədan ölkəsinin Azərbaycanla əməkdaşlığa önəm verdiyini bildirib. O, əlaqələrin daha da inkişafı üçün geniş imkanların olduğunu vurğulayıb.
Nazir müavini mayda Ər-Riyadda Ərəb ölkələri ilə Orta Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlıq və iqtisadiyyat üzrə I Forumun keçiriləcəyini qeyd edib, tədbirin bu ölkələr arasında əlaqələrin genişləndirilməsində əhəmiyyətli olacağını vurğulayıb.

Bu xəbər oxucular tərəfindən 1099 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |